“Körpələrin və erkən yaşlı
uşaqların qidalanması haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 8, maddə 417; 2004, ¹ 10, maddə 781; 2007, ¹ 6, maddə 561; 2011, ¹ 2, maddə 70; 2017, ¹ 1, maddə 4) 5.2-ci maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Müavinətin ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyun
2017-ci il
Azərbaycan.-
2017.-20 iyul.- S.2.