“Bələdiyyələrin maliyyəsinin əsasları
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununu “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 12, maddə 690; 2001, ¹ 12, maddə 736; 2002, ¹ 5, maddə 242; 2004, ¹ 4, maddə 202; 2005, ¹ 2, maddə 62; 2007, ¹ 11, maddə 1082; 2010, ¹ 3, maddə 173; 2011, ¹ 12, maddə 1075; 2015, ¹ 2, maddə 86; 2016, ¹ 11, maddə 1779) 7-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. 1.5-ci bənddə “küçə reklamlarına” sözləri “açıq məkanda reklama” sözləri ilə əvəz edilsin;
2. 2-ci hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Bu maddənin 1.5-ci yarımbəndində göstərilən bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə açıq məkan reklamına görə ödənilən haqqın məbləği “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən müəyyən edilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 31 may 2017-ci il
Azərbaycan.- 2017.- 21 iyul.- S. 4.