“Atçılıq haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
“Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 5, maddə 399; 2008, ¹ 6, maddə 462; 2009, ¹ 12, maddə 954; 2017, ¹ 1, maddə 13) aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci maddədə “Damazlıq işi haqqında” sözləri “Damazlıq heyvandarlıq haqqında” sözləri ilə əvəz edilsin.
2. 11.3-cü maddədə “subyektlərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi” sözləri “subyektləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb etmək” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyun
2017-ci il
Azərbaycan.-
2017.-21 iyul.- S.4.