“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 12, maddə 2053) aşağıdakı dəyişikliklər edilsin:

1. 3.4.2-ci maddədə “sığorta” sözü “sığortalar” sözü ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 3.6-cı maddə əlavə edilsin:

“3.6. Bu qanunun 3.4.4-cü maddəsində nəzərdə tutulmuş hesablaşmalar  əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinə şamil edilmir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2017-ci il

 

Azərbaycan.- 2017.-21 iyul.- S.5.