“Yerli (bələdiyyə) vergilər
və ödənişlər haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununu “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 4, I kitab, maddə 155; 2008, ¹ 6, maddə 462; 2014, ¹ 8, maddə 955; 2016, ¹ 11, maddə 1778) 9.1.1-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
“9.1.1. açıq məkanda (bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə) reklamın yerləşdirilməsinə və yayımına görə ödənilən haqq;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 31 may 2017-ci il
Azərbaycan.- 2017.-21 iyul.-
S.5.