Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 8, maddə 475; 2001, ¹ 11, maddə 676; 2002, ¹ 5, maddə 258; 2004, ¹ 3, maddə 133; 2005, ¹ 10, maddə 871; 2009, ¹ 2, maddə 46; 2010, ¹ 3, maddə 178; 2014, ¹ 4, maddə 329; 2016, ¹ 6, maddə 1003) 14-cü maddəsinə aşağıdakı məzmunda beşinci hissə əlavə edilsin:

Bu maddənin üçüncüdördüncü hissələrində nəzərdə tutulan birdəfəlik müavinət yalnız nağdsız qaydada ödənilir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2017-ci il

 

Azərbaycan.- 2017.-22 iyul.- S.3.