Azərbaycan və Rusiya prezidentlərinin
Soçidə görüşü olub
İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevi salamlayan Rusiya Prezidenti Vladimir PUTİN dedi:
- Hörmətli İlham Heydər oğlu. Sizi bu dəfə Soçidə görməyimə çox şadam. İndicə bizim yeni “Sirius” təhsil mərkəzinin uşaqları ilə görüşdüm. Bu layihənin inkişafından çox şad oldum və Sizə böyük məmnuniyyətlə bu barədə danışacağam. Sizinlə həm bizim ikitərəfli münasibətlərimiz, həm də regionda yaranan vəziyyət barədə danışmaq imkanından məmnunam. Regiondakı vəziyyət sadə deyil. Ümid edirəm ki, bizim bugünkü görüşümüz də bütün mürəkkəb problemlərin həlli yollarını tapmağa imkan yaradacaq və əlbəttə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin necə inkişaf etməsindən də danışacağıq. Bizim böyük həcmdə işlərimiz və gələcək üçün çoxlu birgə planlarımız var. Sizinlə görüşmək və bütün bu istiqamətlər üzrə danışmaq imkanına şadam.
***
Azərbaycan Prezidenti
İlham ƏLİYEV dedi:
- Çox sağ olun,
hörmətli Vladimir Vladimiroviç.
Mən də bizim yeni
görüşümüzə çox şadam. Biz mütəmadi olaraq görüşürük.
Bu görüşlər çox uğurla davam edən ikitərəfli münasibətlərimizin
inkişafına yaxşı
impuls verir. Biz münasibətlərimizin səviyyəsindən, yüksək
səviyyəsindən məmnunuq.
Siyasi, ticari-iqtisadi, humanitar sahələrdə fəal
əməkdaşlıq edirik.
Nəqliyyat və energetika
sahələrində yaxşı
perspektivlər var. Yəni,
bizim münasibətlərimiz
çoxşaxəlidir, həyatımızın
praktiki olaraq bütün sahələrini
əhatə edir.
Əlbəttə ki, vacib məsələlər - regional, dünya siyasəti, ikitərəfli münasibətlər
və bizim regionda təhlükəsizliyin
möhkəmləndirilməsi məsələləri üzrə
vaxtaşırı məsləhətləşmələrə
ehtiyac var.
Ona
görə bir daha Sizi görməyə çox
şadam. Əminəm ki,
bu görüşümüz
də dostluq münasibətlərimizin
inkişafına yaxşı impuls verəcək.
Azərbaycan.-
2017.-22 iyul.- S.1.