Jurnalistlərin dostu və
qayğıkeşi
İlham Əliyev mətbuatın müstəqilliyini daha da möhkəmləndirdi,
medianın cəmiyyətdə nüfuzunun
yüksəldilməsinə mühüm
töhfə verdi
Prezident İlham Əliyev tərəfindən daha 255 jurnalistin yeni mənzillə təmin edilməsi mətbuat tariximizdə əlahiddə hal sayılmasa da, - çünki dörd il öncə 155 həmkarımız da yeni ev sevincini yaşamışdı, - bu, dünya miqyasında media sahəsinə aid ən mühüm olay idi.
İlham Əliyevin artıq ənənəyə çevirdiyi və Azərbaycan timsalında “növbəti qayğı və diqqət” kimi dəyərləndirilən proses beynəlxalq səviyyədə “analoqu olmayan təmənnasız humanist dəstək” aktı tək qarşılandı.
410 və daha 255 mənzil...
Əlbəttə, qələm əhlinin əmlakla mükafatlandırılması faktları bütün ölkələrdə var. Ancaq bu, istisnasız olaraq fərdi və kommersiya xarakteri daşıyır. Yəni konkret jurnalist hansısa qurumun, şəxsin qarşısındakı xidmətlərinə görə mükafatlandırılır və həmçinin bu yönümdə fəaliyyətini davam etdirməklə bağlı üzərinə yeni öhdəlik götürür.
Lakin Prezident İlham Əliyevin ötən dörd il ərzində yeni mənzil təqdim etdiyi 410 jurnalistin, həmçinin üç il sonra bu sevinci yaşayacaq daha 255 həmkarımızın mükafatlandırılmasında məhz mətbuat sahəsindəki fəaliyyəti, xidmətləri, həmçinin sosial ehtiyacları nəzərə alınıb.
İlham Əliyev heç bir yaradıcı baxış və fərdi siyasi mövqe nəzərə alınmadan jurnalistlər arasında mənzillərin ədalətli bölünməsini təmin edib, media mənsubları qarşısında heç bir öhdəlik qoymayıb. Əksinə, onları cəmiyyət həyatında rastlanan problemlərə qarşı daha prinsipial mövqe tutmağa, obyektiv tənqidi materialları, araşdırmaları artırmağa çağırıb.
Ən mühüm həqiqət odur ki, İlham Əliyev KİV əməkdaşlarına mənzil verməklə, əslində, onların müstəqillyini möhkəmləndirdi, şəxsi və yaradıcı azadlıqlarının hüdudlarını genişləndirdi. Yəni evlər artıq o jurnalistlərin şəxsi əmlakıdır, onların əlindən heç bir vəchlə alına bilməz.
Əgər evsiz və sosial problemləri olan qələm əhli hansısa məqamda müxalif mövqeyini ifadə etməkdə tərəddüd edə bilərdisə, artıq o, - problemləri həll olunmuş, əmlak sahibinə çevrilən, sabahına arxayın jurnalist heç nədən çəkinmədən iqtidarı da, Prezidenti də tənqid edə bilər. Necə ki, dörd il öncə Prezident tərəfindən mükafatlandırılan 155 jurnalist arasında bu gün də hakimiyyəti, ölkə rəhbərini kəskin tənqid edənlər var və hər gün onların müxalif mövqeli yazılarına rast gəlirik.
İlham Əliyev bu dəfə də yüzə yaxın müxalif, tənqidçi jurnalisti mənzillə mükafatlandırmaqla sübut etdi ki:
- Hakimiyyətin başçısı olmaqdan öncə, Milli Liderdir;
- Bütün vətəndaşlara, o cümlədən jurnalistlərə siyasi baxışlarına və seçkilərdəki mövqelərinə görə dəyər vermir, əksinə, onları ictimai-siyasi kontekstdə ayrı-seçkilik qoymadan qəbul edir, mükafatlandırır;
- Hər bir azərbaycanlının,
həm də hər bir jurnalistin
Prezidentidir;
- Azad sözün,
azad mətbuatın və jurnalist azadlığının əsas
təminatçısıdır;
- Mətbuatın
qərəzli tənqidinə
hiddətlənməyən möhkəm təmkin sahibi, obyektiv tənqidə həssas və diqqətli yanaşan rəhbər, ən əsası isə medianı ölkə problemlərini
işıqlandırmağa səfərbər edən
müdrik strateqdir…
Reallıq odur ki, İlham
Əliyev media-dövlət,
media-cəmiyyət münasibətlərinin
sağlam əsasda müəyyənləşməsi prosesinə davamlı əməli töhfə verir. Həmçinin KİV-ə dövlət dəstəyini
elə mükəmməl
formada həyata keçirir ki, bu dəstək mətbuatı dövlətə-hakimiyyətə
yaxınlaşdırmır, tam əksinə, əsl missiyasına - maarifçilik,
informasiya və problemlərin işıqlandırılması
platformasına yönləndirir.
Elə mənzillə mükafatlandırılan
jurnalistlərin siyasi mənsubiyyət təsnifatını
aparsaq, bu fikrimizi tam əsaslandıra
bilərik. Məlum 255 jurnalistin böyük
əksəriyyəti müstəqil
mövqelidir, rəsmi
mətbuat və iqtidaryönlü media mənsublarının
sayı isə müxalif KİV-in əməkdaşları
ilə tam eynidir.
Bir məqamı da unutmayaq ki,
bu iki kütləvi
mənzil təminatından
əlavə ötən
14 il ərzində də onlarla jurnalist Prezident tərəfindən yeni evlərlə mükafatlandırılıb,
onların sosial problemlərinin həllində
əsaslı yardım
göstərilib.
İlham Əliyev
mətbuatı dövrün
təlatümlərindən xilas edən böyük vətənpərvərdir
İlham Əliyevin növbəti dəfə “Jurnalistlərin
dostu” elan edilməsi təbii qanunauyğunluqdur və qələm əhlinin ölkə rəhbəri tərəfindən həyata
keçirilən mediaya
dəstək siyasətinə
verdiyi qiymətdir.
Prezident jurnalistlərin himayədarıdır. Heç bir
KİV əməkdaşı yazısına görə
azadlıqdan məhrum
edilə bilməz - bu, İlham Əliyevin qərarı, məhkəmələrə tövsiyəsidir.
Ölkə rəhbəri tərəfindən
davamlı olaraq təkmilləşdirilən və
bu gün dünyanın ən
liberal hüquqi sənədlərindən
sayılan “Kütləvi
informasiya vasitələri
haqqında” qanun məmləkətdə mətbu
nəşr açmağı
şəxsiyyət vəsiqəsi
almaq proseduru qədər sadələşdirib.
Fəqət İlham Əliyev bununla kifayətlənmir, diqqəti əsas məsələyə - mətbuatda
peşəkarlığın artırılmasına yönəldir,
KİV-i mətbuatın
dəyişməz məramı
üzrə fəaliyyətə
təşviq edir. Media sektoruna mütəmadi olaraq maddi dəstək
göstərilir, yardım
ayrılması prosesi
sistemli forma alır, ölkənin 30-dan artıq
qəzeti konkret istiqamətlər üzrə
araşdırma aparmaları
üçün dövlət
vəsaiti ilə maliyyələşir. Çoxsaylı yaradıcı müsabiqələr
jurnalistlərin fəaliyyətinin
stimullaşmasına böyük
töhfə verir.
İlham Əliyevin bu yönümlü təşəbbüsləri
media əməkdaşlarının professionallığının yüksəldilməsinə
və KİV-in üzləşdikləri
maddi sıxıntılardan
qurtulmasına xidmət
edir. Tam əsasla demək olar ki, indiki dövrdə
Azərbaycan mətbuatının
mövcudluğu və
müstəqilliyinin qorunması
məhz Prezidentin
KİV-ə dəstək siyasətinin
nəticəsində mümkün
olub.
Azərbaycanda söz azadlığının
təmin olunması İlham Əliyevin uğurudursa, bəlkə də ölkə rəhbərinin bundan daha artıq nailiyyəti məhz mətbuatın müstəqillyinin
təmin edilməsinə
nail olmasıdır. Ölkə rəhbərinin
qayğısı və
himayəsi nəticəsində
KİV-in xarici təsirlərin
nəzarətinə keçməsi,
məlum antiazərbaycançı
şəbəkəninin ruporu
olması, - bunlar bir müddət öncəyə qədər
ölkə mediasında
rast gəlinən adi hallar idi,
- kimi proseslərin qarşısı alınıb.
Azərbaycan mediası artıq xaricdən maliyyələşib,
antimilli fəaliyyət
tribunasına çevrilmir. Əksinə,
vətən, dövlət,
xalq mənafeyinin fədakar təəssübkeşi,
ən əsası isə beynəlxalq miqyasda Azərbaycan həqiqətlərinin fəal
təbliğatçısıdır!
İlham Əliyev
mətbuatı dövrün
təlatümlərindən, ictimai burulğanlarından
xilas edib, onu Azərbaycan platformasına çıxaran
böyük vətənpərvərdir!
İlham Əliyev mətbuatın əsl cəfakeşi, jurnalistlərin böyük
dostudur.
İlham Əliyev
missiyası və jurnalistlərin şərəf
borcu
Belə bir beynəlxalq deyim var ki,
jurnalistin milliyyəti
olmaz. O, hadisələrə
yanaşanda milli, dini mənsubluğunu yox, gerçəkliyi və faktı əsas götürməlidir.
Əlbəttə, bu fikri gündəmə gətirib, tirajlayan xarici təsisatların özlərinin maraqlarını
ifadə etdikləri fövqəlgüclərin mənafeyini
həyata keçirmək
üçün hansı
hoqqalardan çıxdığını,
elə Azərbaycana, Dağlıq Qarabağ münaqişəsinə baxışlarını
əsas götürsək,
çox mətləbə
aydınlıq gətirmiş
olarıq.
Hər bir həmkarımız jurnalist olmaqla yanaşı, həm də azərbaycanlıdır. Azərbaycanda gedən proseslərin yalnız salnaməçi
deyil, həm də müşahidəçisidir.
Dövlətin müxtəlif sahələr
üzrə fəaliyyətini
təhlil etməklə
yanaşı, onu bir vətəndaş olaraq da dəyərləndirir.
Bu baxımdan, Prezident İlham Əliyevə də yalnız ölkə rəhbəri kimi yanaşmırıq, bu şəxsiyyətin Azərbaycan
üçün cahanşümul
xidmətlərini dəyərləndirərək,
onun beynəlxalq nüfuzunu qürurla seyr edərək əsl liderlik örnəyinin ətrafında
sıx səfərbər
oluruq!
İlham Əliyev
tarixin bütün dövrlərinin ən möhtəşəm Azərbaycanını
quran, möhkəmlədən,
müstəqilliyi əbədiyyətə
çevirən rəhbərdir!
İlham Əliyev
sabahkı azərbaycanlıların
bugünkü nəsildən
daha yaxşı yaşamasına, daha qüdrətli ölkəyə
malik olmasına çalışan, buna indidən nail olan dövlət xadimidir!
İlham Əliyev
yalnız öz xalqının sabahını
deyil, ümumiyyətlə,
dünyanın sabahını
- sivilizasiyaların perspektiv
əməkdaşlığını, bəşəriyyətin daha
xoşbəxt gələcəyini
düşünən şəxsiyyətdir!
Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin adı son dövrlərdə az qala dünyanın
siyasi trendinə çevrilib. İlham Əliyevin personası
bu gün beynəlxalq səviyyədə
ehtiramla qəbul olunur. Onunla hesablaşırlar, onun rəyini öyrənirlər, onun dostluğunu qazanmağa, onunla münasibət qurmağa çalışırlar.
O, aparıcı xarici
təşkilatların, fövqəldövlətlərin
ən yüksək səviyyədə qarşılanan
qonaqlarındandır.
İlham Əliyevin
nüfuzu Azərbaycanın
nüfuzudur və onu daha da
möhkəmləndirən amil isə Prezidentin
öz qətiyyətindən,
prinsipiallığından zərrə
qədər geri çəkilməməsidir!
Dövlətin nüfuzunu yalnız onun iqtisadi potensialı,
hərbi gücü müəyyənləşdirmir. Ən azından, Azərbaycanın
timsalında görürük
ki, dünya xəritəsində nöqtə
boyda yer tutan ölkəmizin nüfuzu, onun liderinin sözü qosqocaman dövlətçilik
tarixinə, böyük
iqtisadi-hərbi qüdrətə
malik olan ölkələrdən daha
artıq, daha əzəmətlidir!
Prezidentin konkret missiyası var: Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycanı daha da inkişaf etdirmək, qüdrətləndirmək, dünya birliyinə sivil, modern dövlət kimi təqdim etmək. Bu gün Azərbaycan bölgənin güc mərkəzi və əsas söz sahibidir, Avropanın yeni enerji təhlükəsizliyi siyasətinin başlıca təminatçılarındandır, qitələri birləşdirən enerji və kommunikasiya dəhlizlərinin “strateji dispetçeridir”, ölkəmizi özlərinin marionet vassalına çevirmək istəyən fövqəldövlətlərin arzularını gözündə qoyaraq onlarla strateji müttəfiqlik yaradan respublikadır, ən nəhayət, azad və firavan yaşayan, rəhbərinə və dövlətinə güvənən xalqın qüdrətli dövlətidir. Bütün bu faktlar Prezident İlham Əliyevin fəaliyyət hesabatının yalnız bir hissəsidir. Ümumiyyətlə isə ölkə rəhbərinin fəaliyyəti bütünlüklə inkişaf göstəricisidir!
İlham Əliyev yalnız sayı 10 milyona yaxınlaşan vətəndaşlarının deyil, ümumiyyətlə, 50 milyonluq xalqının hər br üzvünün rəhbəri, lideridir. O, bunu tək şərəfli status kimi qəbul etmir, bu, rəhbərimiz üçün həm də xüsusi məsuliyyətdir. 50 milyon insanın müqəddəratına cavabdeh olmaq, onların hansı dövlətdə yaşamasından asılı olmayaraq hər birinin taleyilə maraqlanmaq, qayğısına qalmaq, yaşamına yardım göstərmək İlham Əliyevin əsl missiyasının Prezidentlikdən də üstün olmasına dəlalət edir.
İlham Əliyev
tarix yaradan liderdir!
Onun yaratdığı tarix möhtəşəm olduğu
qədər də, bu gün tam mahiyyəti ilə açılması mümkün
olmayan uğurlu proseslərin salnaməsidir. Buna zaman lazımdır. Vaxt ötdükcə, 2003-2017-ci illəri
tariximizin intibah dövrü kimi daha dəqiq, obyektiv, müfəssəl
öyrənəcək, dəyərləndirəcəyik.
Prezident İlham
Əliyev şərəfli
bir missiya yürüdür - ləyaqətlə,
uğurla və məsuliyyətlə!
Bu missiyasında ölkə rəhbərinə
daim dəstək vermək, onunla bərabər yürümək,
ətrafında səfərbər
olmaq vətəndaşlıq
vəzifəmizdir, biz jurnalistlər
- dövrün salnaməçiləri
üçün isə
həm də şərəf borcudur...
İxtiyar HÜSEYNLİ
Azərbaycan.-
2017.-22 iyul.- S.1; 5.