“Mərkəzi Seçki
Komissiyasının Nəzarət-təftiş xidməti tərkibinin
yenidən formalaşdırılması barədə” Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının 29 aprel 2016-cı il tarixli 3/10 saylı Qərarında
dəyişiklik edilməsi barədə
Mərkəzi
Seçki Komissiyasının qərarı
Qərar ¹
4/15
“Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli 578-VQD nömrəli Qanunu ilə Seçki Məcəlləsinin 97.2.2-ci maddəsində “Mərkəzi Bankdan” sözləri “maliyyə bazarlarına nəzarət orqanından” sözləri ilə əvəz edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 97.2.2-ci maddələrinə əsasən qərara alır:
1.“Mərkəzi Seçki Komissiyasının Nəzarət-təftiş xidməti tərkibinin yenidən formalaşdırılması barədə” Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 29 aprel 2016-cı il tarixli 3/10 saylı Qərarının preambula hissəsinin ikinci abzasında və 1-ci hissəsində “Azərbaycan Respublikası Mərkəzi Bankının” sözləri “maliyyə bazarlarına nəzarət orqanının” sözləri ilə əvəz edilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
21.07.2017
Azərbaycan.- 2017.-22 iyul.- S.6.