Qarşılıqlı etimad və səmimi dostluq

 

Azərbaycan və Rusiya prezidentlərinin görüşləri uğurla davam edən strateji tərəfdaşlığa və çoxşaxəli münasibətlərin inkişafına müsbət impuls verir

 

Bizim böyük həcmdə işlərimiz və gələcək üçün çoxlu birgə planlarımız var. Sizinlə görüşmək və bütün bu istiqamətlər üzrə danışmaq imkanına şadam. Ümid edirəm ki, bizim bugünkü görüşümüzbütün mürəkkəb problemlərin həlli yollarını tapmağa imkan yaradacaq”.

Bu fikirləri Rusiyaya işgüzar səfər edən Prezident İlham Əliyevlə görüşdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin söyləyib. Soçidə keçirilən bu mühüm görüşdə dövlət başçıları iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu bir daha təsdiqləyərək ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğuladılar. Dövlət başçıları strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün görülməsi zəruri olan işlər, yeni yolların müəyyən edilməsi barədə geniş fikir mübadiləsi apardılar.

 

İkitərəfli münasibətlərə kənardan müdaxilə cəhdi nəticə verməyəcək

 

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər də müzakirə edildi. Beynəlxalq və regional problematika ətrafında fikir mübadiləsi aparıldı. Hər iki dövlət başçısı Rusiya-Azərbaycan dostluqstrateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirdi.

Prezident İlham Əliyev vurğulayıb ki, bu görüşlər çox uğurla davam edən həm dostluq, həm də ikitərəfli münasibətlərin inkişafına yaxşı impuls verir: “Biz münasibətlərimizin səviyyəsindən, yüksək səviyyəsindən məmnunuq. Siyasi, ticari-iqtisadi, humanitar sahələrdə fəal əməkdaşlıq edirik. Nəqliyyat və energetika sahələrində yaxşı perspektivlər var. Yəni bizim münasibətlərimiz çoxşaxəlidir, həyatımızın praktiki olaraq bütün sahələrini əhatə edir.

Əlbəttə ki, vacib məsələlər - regional, dünya siyasəti, ikitərəfli münasibətlər və bizim regionda təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri üzrə vaxtaşırı məsləhətləşmələrə ehtiyac var”.

Əlbəttə ki, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı bəzi regional qüvvələri (Ermənistanı) və beynəlxalq dairələri narahat edirbu münasibətlərə xələl gətirilməsinə cəhdlər göstərilir. Ancaq münasibətlərin xarakteri, dərinliyi və inkişaf perspektivi, habelə dövlət başçıları arasında mövcud olan qarşılıqlı etimaddostluq münasibətləri belə cəhdlərin baş tutmayacağını və iflasa uğrayacağını şərtləndirən mühüm amillərdir. Çünki ikitərəfli münasibətlərə kənardan müdaxilə cəhdləri bu günə kimi baş tutmamış və qarşıdan gələn dövrdə də heç bir nəticə verməyəcək.

Azərbaycan və Rusiya prezidentləri arasında möhkəm dostluq münasibətlərinin olduğu hər kəsə bəllidir. Bir xatırlatma edək. Bu ilin aprel ayında Azərbaycana səfər edərək Prezident İlham Əliyevlə görüşən Ümumrusiya Dövlət Teleradio Şirkətinin teleradio aparıcısı Vladimir Solovyov bir müddət sonra dövlət başçısı ilə görüşü zamanı müzakirə etdikləri məsələlərdən danışmışdı. Görüş zamanı Rusiya ilə Azərbaycan arasındakı əməkdaşlıqdan danışarkən SolovyovunRusiya Azərbaycanı heç vaxt satmaz” fikrinə cavab olaraq Prezident İlham Əliyev “Putin heç vaxt satmazdemişdi. Bu fikir hər iki dövlət başçısı arasında qarşılıqlı inam, səmimiyyət və qırılmaz bağların olduğunu bir daha təsdiqləyir.

 

Beynəlxalq və regional təhlükəsizliyə xidmət edən qarşılıqlı əlaqələr modeli

 

Azərbaycanın xarici siyasət kursunda yaxın qonşumuz, ölkəmizin bir neçə əsrlik tarixlə bağlı olduğu Rusiya Federasiyası ilə münasibətlər xüsusi yer tutur. Ən yeni tarixə qısa ekskurs edərək xatırladaq ki, sovetlər birliyi dönəmində də Rusiya ilə Azərbaycanın münasibətləri bütün sahələrdə ən yüksək səviyyədə qurulmuşdur. Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə Rusiya-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoymuşdur. Xüsusilə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana ilk rəsmi səfəri ilə iki ölkə arasında qarşılıqlı münasibətlərin əsasını qoyan Bakı Bəyannaməsi imzalanmışdır.

Ötən 25 il ərzində iki ölkə arasında dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında 250-dən çox ikitərəfli sənəd imzalanıb, qarşılıqlı münasibətlər möhkəmlənib. Bu dövrdə iki ölkə arasında milli maraqlara cavab verən, beynəlxalq və regional təhlükəsizliyə xidmət edən qarşılıqlı əlaqələr modeli yaradılıb.

Yüksək səviyyədə münasibətlərin dinamik şəkildə inkişaf etdirilməsinin bariz ifadəsi kimi son üç il ərzində həyata keçirilən qarşılıqlı səfərlərə də diqqət yetirək. 2014-cü il fevral ayının 6-8-də Prezident İlham Əliyev XXII Soçi Qış Olimpiadasının açılış mərasimində iştirak edib. Həmin il avqustun 8-10-da dövlət başçısı Rusiyaya işgüzar səfər edib. Səfər çərçivəsində iki dövlət başçısı bir sıra ikitərəfli və regional məsələləri müzakirə edib. 2014-cü il sentyabrın 29-30-da Prezident İlham Əliyev Həştərxan şəhərində Xəzəryanı ölkələrin IV sammitində, 2015-ci il mayın 8-9-da isə Moskvada Böyük Vətən müharibəsində qələbənin 70 illiyinə həsr olunan tədbirlərdə iştirak edib. 2015-ci il iyunun 12-13-də Rusiya Prezidenti Vladimir Putin Bakıda işgüzar səfərdə olub. Səfər çərçivəsində ikitərəfli qarşılıqlı münasibətlər və beynəlxalq məsələlər müzakirə edilib. Vladimir Putin həmçinin ilk Avropa Oyunlarının açılış mərasiminə qatılıb. 2016-cı il iyunun 20-də Prezident İlham Əliyev Sankt-Peterburqa səfər edib. Rusiya Prezidenti ilə görüş zamanı ikitərəfli münasibətlərdə cari vəziyyət, humanitar əməkdaşlıq və Dağlıq Qarabağ probleminin həlli yolları müzakirə mövzusu olub. 2016-cı il avqustun 8-də isə Rusiya Prezidenti Vladimir Putin respublikamıza işgüzar səfər edib. Səfər dövründə ilk dəfə olaraq Azərbaycan, Rusiyaİran prezidentlərinin üçtərəfli görüşü keçirilib.

Hər iki dövlət başçısının birgə layihəsi - Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında keçirilən Bakı beynəlxalq humanitar forumları müasir dövrün aktual problemlərinin müzakirəsi üçün öz əhəmiyyətini və ona tələbat olduğunu nümayiş etdirir. Nisbətən qısa müddətdə - 2011-ci ildən bəri bu forumlar regional və beynəlxalq ictimai həyatın mühüm hadisəsinə çevrilib.

 

Yüksək səviyyəli hərbi-texniki əməkdaşlıq

 

Bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı hökumətlərarası razılaşmaya əsasən və uğurla inkişaf edən hərbi-texniki əməkdaşlıq çərçivəsində ölkəmizə ən yeni hərbi texnikanın plana uyğun çatdırılması bunun əyani sübutudur.

İyunun 24-də və iyulun 10-da Rusiyadan Bakı limanına gətirilən çoxlu sayda müasir döyüş texnikası, silah-sursat, artilleriyaraket sistemləri üçün mərmilər, raketlər və digər hərbi-texniki əmlak cəbhəboyu zonaya göndərildi. Bu silahlar düşmənin zirehli texnikası, mühəndis-istehkam qurğuları, kiçiksürətli hava hədəflərinin, canlı qüvvəsinin və digər hərbi obyektlərin vurulması üzrə Silahlı Qüvvələrimizin ön xətt bölmələrinin döyüşmanevr imkanlarını artıracaq. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Rusiya hərbi texnikasının və silahlarının Azərbaycana gətirilməsi davam edəcək.

Rusiya-Azərbaycan münasibətlərinin bundan sonra da durmadan inkişaf etməsi regional sabitliyin və təhlükəsizliyin qorunub saxlanması, Cənubi Qafqazda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsi, xalqlarımızın əsaslı maraqlarının reallaşması üçün xüsusi əhəmiyyət kəsb edir.

 

Rusiya Azərbaycan mallarının idxalında liderlik edir

 

İki ölkə arasında iqtisadi əlaqələr yeni inkişaf mərhələsindədir. Əməkdaşlığın genişləndirilməsi üçün möhkəm hüquqi baza yaradılıb, 50-dən çoxu iqtisadi sahəyə aid olmaqla 170-dən artıq sənəd imzalanıb. Bu gün Azərbaycanda Rusiya sərmayəli 700-dək müəssisə, o cümlədən yüz faiz Rusiya kapitalı əsasında işləyən 200-ə yaxın şirkət fəaliyyət göstərir. İndiyə qədər Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 milyard dollar, Rusiya tərəfindən isə Azərbaycan iqtisadiyyatına 3 milyard dollar sərmayə yatırılıb. 2016-cı ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 10,5 faiz artmaqla 2 milyard dollar təşkil edib. Rusiya Azərbaycan mallarının idxalında liderlik edir. Bir sözlə, ticari-iqtisadi investisiya, energetika sferalarında, nəqliyyat infrastrukturu, avtomobilqayırma, səhiyyə sahələrində qarşılıqlı faydalı əməkdaşlıq dərinləşir.

Onu da qeyd edək ki, Azərbaycanın xaricdə ilk ticarət nümayəndəsi məhz Rusiya Federasiyasına təyin olunub. Rusiyanın federal subyektləri ilə birbaşa əlaqələrin qurulmasında əməkdaşlığın inkişafında Azərbaycan-Rusiya regionlararası forumlarının mühüm rolu var. Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni digər sahələrdə əməkdaşlığın güclənməsi perspektivdə daha böyük işlərin görüləcəyindən xəbər verir.

İki ölkənin dövlət başçıları, hökumətləri parlamentləri arasında qarşılıqlı etimada əsaslanan əlaqələr məhz bu cür möhkəm təməl üzərində inkişaf edir. İki ölkə arasında qazanılan böyük uğurlar nikbinlik əminlik yaradır ki, Rusiya-Azərbaycan münasibətlərinin bundan sonra da durmadan inkişaf etdirilməsi hər iki ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə şərait yaradacaq,

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2017.-23 iyul.- S.1; 5.