Prezidentlərin Soçi görüşü Azərbaycan və Rusiya arasında strateji əməkdaşlığın
geniş perspektivindən xəbər verir
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında iyulun 21-də Soçidə keçirilən görüş gələcəyə yönəlmiş addımdır və ölkələrimiz arasında strateji əməkdaşlığın geniş perspektivindən xəbər verir. Rusiya dünyada siyasi prosesləri istiqamətləndirən dövlətlərdən biridir və Azərbaycanın iqtisadi, siyasi və digər sahələrdə yaxın tərəfdaşı və qonşusudur. Dövlətlərimiz arasında münasibətlərin mövcud səviyyəsi həm ölkələrimizin qarşılıqlı maraqlarına xidmət edir, xalqlarımızın siyasi iradəsindən qaynaqlanır. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov bildirib.
“Bu görüşü bir neçə tərəfdən təhlil etmək mümkündür. Əvvəla, bu görüş bir daha Azərbaycan və Rusiya arasında strateji əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərdi. Hər iki prezidentin görüşdə səsləndirdikləri fikirlərə nəzər salsaq görərik ki, dövlət başçıları bərabərhüquqlu münasibətlərdən razıdırlar və bu münasibətlərin gələcəkdə daha da güclənməsi ilə bağlı həmfikirdirlər. Bu münasibətlərin uğurlu tarixi keçmişi olduğu kimi, gələcək planlarla bağlı da sistemli yanaşma mövcuddur. İkincisi, görüş regionda məsələlərə birbaşa təsir göstərə biləcək dövlətin Azərbaycan olduğunu bir daha nümayiş etdirdi. Prezidentlər bir sıra məsələlərlə yanaşı, Azərbaycan üçün olduqca mühüm əhəmiyyət daşıyan Dağlıq Qarabağ münaqişəsini də müzakirə etdilər. Faktiki olaraq öz siyasi müstəqilliyini itirmiş dövlət olan Ermənistan üçün bu, olduqca ciddi bir mesajdır. Əgər biz dövlət başçılarının nitqlərinə diqqət yetirsək, bir daha görərik ki, burada söhbət yalnız bərabərhüquqlu münasibətlərdən gedir. Bu münasibətlər siyasi, iqtisadi, humanitar, hərbi sahələr kimi çox geniş istiqamətləri əhatə edir. Üçüncü əhəmiyyətli məqam isə odur ki, bu görüş Azərbaycan və Rusiya arasındakı münasibətlərdən narahat olan və ona kölgə salmağa çalışan qüvvələrin cəhdlərinin puç və mənasız olduğunu ortaya qoydu” - deyə Şahin İsmayılov vurğulayıb.
Milli Məclisin
deputatı qeyd edib ki, Azərbaycan və Rusiya
arasındakı münasibətlər adi
münasibət deyil və strateji
tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bunu dövlət
başçılarının
çıxışlarından da
aydın görmək mümkündür.
Ən əsası isə prezidentlərin bu
münasibətlərin daha da inkişafı üçün
ciddi planları var. Bu planlar hər iki dövlətin
strateji maraqlarına və xalqların həyat
səviyyəsinin yüksəlməsinə yönəlib. Daha bir mühüm
amil prezidentlər arasındakı şəxsi
dostluq və səmimi münasibətlərdir.
Bu, Azərbaycan və Rusiya
arasında strateji tərəfdaşlığın
inkişafına güclü impuls verir.
Azərbaycan.-
2017.- 23 iyul.- S.5.