Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2, maddə 203, ¹ 3, maddə 404) aşağıdakı dəyişikliklər edilsin:

1.  2.2-ci maddədə “və ictimai” sözləri “və (və ya) ictimai” sözləri ilə əvəz edilsin.

2.   Aşağıdakı məzmunda 3.4-cü və 5.4-cü maddələr əlavə edilsin:

“3.4. Publik hüquqi şəxs “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətləri göstərdiyi və hüquqi hərəkətləri həyata keçirdiyi halda, buna görə həmin qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu tutur.”;

“5.4. Publik hüquqi şəxs müflis elan oluna bilməz.”.

3. 6.2.7-ci maddəyəəsaslarısözündən sonra “, publik hüquqi şəxsin məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətlərinin tənzimlənən qiymət olub-olmamasısözləri əlavə edilsin.

4.  Aşağıdakı məzmunda 6.2.8-1-ci 6.4-cü maddələr əlavə edilsin:

“6.2.8-1. bu qanunun 6.4-cü maddəsində nəzərdə tutulmuş müddəa;”;

“6.4. “Dövlət rüsumu haqqındaAzərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda hüquqi faktların qeydiyyatı ilə bağlı xidmətləri göstərən (hüquqi hərəkətləri həyata keçirən) müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxsin əməkdaşları nizamnaməsində nəzərdə tutulmuş halda dövlət qulluqçularına bərabər tutulurlar.”.

5.  6.3-cü maddədən hər iki halda onun törəmə publik hüquqi şəxsinsözləri çıxarılsın.

6.  7.5-ci maddə ləğv edilsin.

7.  8.2.5-ci maddədəyaradılması, habelə idarə, filial nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin vəzifədən azad edilməsinəsözləriyaradılmasına ya onlarda iştirak etməyə, idarə, filial nümayəndəliklərin yaradılmasınasözləri ilə əvəz edilsin.

8.  8.3-cü maddədənhəmin orqanın təyin etdiyisözləri çıxarılsın.

9.  8.4-cü maddədəRəhbərsözü “Bu qanunun 6.4-cü maddəsi nəzərə alınmaqla, rəhbərsözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2017-ci il

 

Azərbaycan.- 2017.-23 iyul.- S.2.