“Əmanətlərin sığortalanması
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 2, maddə 79; 2009, ¹ 6, maddə 400, ¹ 7, maddə 517; 2016, ¹ 3, maddələr 394 və 421) aşağıdakı dəyişikliklər edilsin:
1. 6.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“6.2. Himayəçilik Şurasının tərkibinə maliyyə bazarlarına nəzarət orqanının bir nümayəndəsi, Mərkəzi Bankın bir nümayəndəsi, müvafiq icra hakimiyyəti orqanlarının üç nümayəndəsi və iştirakçı bankların təqdimatı ilə onların iki nümayəndəsi daxildir.”.
2. 8.1.1 - 8.1.4-cü, 8.1.10-cu, 8.1.13-cü və 8.1.16-cı maddələrdə “Fondun” sözü “müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, Fondun” sözləri ilə əvəz edilsin.
3. 8.1.5-ci və 8.1.18-ci maddələrdə “kompensasiyaların” sözü “müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, kompensasiyaların” sözləri ilə əvəz edilsin.
4. 8.1.8-ci maddədə “iştirakçı” sözü “müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, iştirakçı” sözləri ilə əvəz edilsin.
5. 8.1.9-cu maddədə “hallarda” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla,” sözləri əlavə edilsin.
6. 9.1-ci maddədə “Himayəçilik Şurası” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 iyun
2017-ci il
Azərbaycan.-
2017.-23 iyul.- S.2.