“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 7, maddə 586; 2007, ¹ 1, maddə 1, ¹ 8, maddə 756, ¹ 11, maddələr 1078, 1081; 2008, ¹ 3, maddə 155, ¹ 6, maddə 481, ¹ 8, maddələr 694, 710; 2009, ¹ 6, maddə 399, ¹ 11, maddə 878; 2010, ¹ 3, maddə 171, ¹ 4, maddə 273, ¹ 11, maddə 944; 2011, ¹ 2, maddələr 71, 72; 2012, ¹ 11, maddə 1040; 2015, ¹ 10, maddə 1089; 2016, ¹ 6, maddə 984) aşağıdakı dəyişikliklər edilsin:

1. 6.1-ci maddənin birinci cümləsində “bir illik” sözləri “altı aylıq” sözləri ilə, ikinci cümləsində “altı” sözüüçsözü ilə əvəz edilsin.

2.  Aşağıdakı məzmunda 17.1-1-ci maddə əlavə edilsin:

“17.1-1. Yalnız müvafiq vəzifələrdə azı bir il çalışan ədliyyə orqanları işçilərinin attestasiyası keçirilə bilər. Hər bir ədliyyə orqanı işçisinin attestasiyası beş ildə bir dəfədən çox olmayaraq  keçirilir.”.

3.         17.2-ci maddədə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri “müvafiq icra hakimiyyəti orqanı tərəfindən” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2017-ci il

 

Azərbaycan.- 2017.-23 iyul.- S.3.