Hər bir əsgər balamdı, hər
bir şəhid yaramdı...
Ağdamın işğalından 24 il
keçir
Övlad Allahın verdiyi paydır!
Oğul da, qız da valideyn
üçün eyni dərəcədə əzizdir!
Qız evin “qonağı” sayılır və nə vaxtsa köçüb gedərək
başqa ocağı qalayır.
Oğlana isə
“düşmən çəpəri”
deyilir, çünki həm də vətənin müdafiəçisidir!
Hər bir oğlan və qız təkcə valideynlərinin deyil, həm də Vətənin övladıdır!
Təkcə valideynlərinə
deyil, Vətənə
də “sevgi telləri” ilə bağlıdırlar!
Şair Abbas Səhhət demiş:
Vətən - əcdadımızın
mədfənidir!
Vətən - övladımızın
məskənidir!
Vətəni sevməyən
insan olmaz,
Olsa da, ol şəxsdə vicdan olmaz!
Elə ki, hər ailənin oğul övladı Vətən qarşısındakı
borcunu ödəmək
üçün hərbi
xidmətə gedərək
əyninə əsgər
paltarı geyinir, olur Vətən övladı!
Bir atanın oğlu bir anda
“çevrilərək” olur
hamının balası!
Əsgər balası!
Hamı ona güvənir, hamı onu sevir, onunla
fəxr edir!
Orduda xidmət
etdiyi müddətdə
kişilik məktəbi
keçir, cəsarət,
qorxmazlıq və qəhrəmanlıq imtahanı verir!
Çox fəxrdir
ki, Azərbaycan əsgəri belə imtahanlardan həmişə
alnıaçıq, üzüağ
çıxır!
***
Şəhid olanlar da Vətən qarşısındakı borcunu
şərəflə vermiş
sayılırlar!
Dünyada ən qiymətli “sərvətləri”
olan gənc ömürlərini Vətənə
fəda etdiklərinə
görə şöhrət
və qəhrəmanlıq
zirvəsinə - şəhidlik
məqamına yüksələnlər
həm də əbədiyaşarlıq hüququ
qazanırlar!
Amma şəhidliyin
acısı da var!
Hər oğul
bir evin çırağı, dirəyi
sayılır!
Vətənin çırağını
yandıranların öz
çıraqları sönür...
Valideyn üçün
ən böyük təsəlli isə o olur ki, övladı
Vətən yolunda qəhrəmanlıqla həlak
olur!
Vətən belələrinə
təsəlli olur, başsağlığı verir,
üçrəngli bayrağı
övladının şücaət
rəmzi kimi ailəyə ərməğan
edir!
Hər şəhid
həm də Vətənə vurulan qanlı yaradır!
Bu yaralar Vətəni zəiflətmir,
əksinə, daha güclü, daha əzəmətli, qürurlu
və vüqarlı edir!
Vətən heç
zaman şəhid balasının qanını
yerdə qoymur!
Hər işin
öz zamanı var!
Xalqımız həmişə
xoş niyyətlə
gələnlərə isti
yuva, ölüm gətirənlərə isə
ölüm verib!
Cəzanın gecikməyi
isə onun şiddətindən xəbər
verir!
Çünki ulularımız da deyib ki, “gec
olar, güc olar!”
Artıq tunelin sonunda işıq görünməkdədir.
Bu ümid işığını isə
aprel zəfəri, aprel müharibəsi qəhrəmanları və
şəhidləri yandırıb!
***
“Bütövü
kəsmə, paraya dəymə - doğra doyunca ye!”
Müdrik babalarımızın
bu məsələdə
söylədikləri vəziyyət
yaranıb! Bir baxın, beynəlxalq qurum və təşkilatlar,
ATƏT-in Minsk qrupunun həmsədrləri
nə söyləyirlər:
“Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
yalnız sülh yolu ilə həll
edilə bilər!”, “münaqişənin hərbi
yolla həlli variantı yoxdur!”
Hərbi variantı
istisna edənlər,
“sülh variantı”nı işə sala bilmirlər!
Çünki:
* Ermənistanın
işğalçı olduğunu
bir dəfə belə dilə gətirmirlər;
* Ermənistan ordusunun Azərbaycan ərazisində nə etdiyini soruşmurlar;
* “Təmas xəttindəki gərginlik
aradan qaldırılmalıdır”
- desələr də,
gərginliyin səbəb
yox, nəticə olması barədə susurlar;
* Ermənistanın
bütün şıltaqlıqlarına
dözərək onun
kriminal prezidenti Serj Sarkisyanı danışıqlar masasına
gətirmirlər;
* Səmərəsiz
səfərlər və
nəticəsiz danışıqlarla
əslində, ATƏT-in Minsk qrupu yalnız status-kvonun qorunmasına xidmət edir;
* Tərəfləri
sülhə çağıranlar
Ermənistana təmənnasız
silah-sursat (Rusiya), maliyyə yardımı və hərbdə gərək olan nəzarət-müşahidə sistemi (ABŞ) verir, digəri isə özünə “kiçik
bacı” seçərək
(Fransa) himayəsinə
alır.
ATƏT-in yarandığı
gündən indiyədək
olan fəaliyyəti yalnız vəziyyətin donmuş halda saxlanmasına, Ermənistanın
mövqelərinin qorunmasına
xidmət edib!
Lakin bu taktikanı seçənlər
bir mühüm məsələni diqqətdən
qaçırıblar:
Zaman dayanmadan irəli gedir!
Zamanın gərdişi
isə Azərbaycanın
xeyrinədir! Çünki
Azərbaycan doğru və uzaqgörən siyasət yürüdür!
Qarabağ müharibəsinin
birinci mərhələsinin
qalibi olan Ermənistan bu gün acınacaqlı durumdadır!
Azərbaycan hərbi, siyasi, iqtisadi, diplomatik və mənəvi-psixoloji
cəhətdən onu
dəfələrlə üstələyir.
“Sülh” deyənlər ədalətli
sülhü təmin edə bilmədiklərinə
(yaxud istəmədiklərinə)
görə əslində,
problemin müharibə
variantı ilə həllini yetişdirirlər!
Dördgünlük aprel müharibəsində Azərbaycan
münaqişəni hərb
yolu ilə çözməyə qadir
olduğunu da nümayiş etdirdi!
Buna baxmayaraq sülh variantına üstünlük veririk!
Çünki hər bir əsgər bizim üçün son dərəcə əziz və qiymətlidir!
Çünki heç
bir Vətən övladının işıqlı
dünyanı vaxtsız
tərk etməsini istəmirik!
Onsuz da bizə olan-olub, cənnət Qarabağımız
xarabalığa çevrilib!
ODUR Kİ:
BMT Təhlükəsizlik
Şurasının dörd
məlum qətnaməsinin
icra olunacağını
hələ də gözləyirik...
ATƏT-in Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsini nə
vaxtsa sülh yolu ilə həll
edəcəyinə hələ
də ümidimizi üzmürük...
Beynəlxalq qurum və təşkilatların,
ATƏT-in həmsədr dövlətlərinin
ikili standartlardan əl çəkərək
ədalətli mövqe
tutacaqlarına inamımızı
itirmirik...
Amma vaxt uzandıqca vətənsizlikdən
və ehtiyacdan əziyyət çəkən
insanların əzabının
da artdığını,
şəhidlərin sayının
çoxaldığını yaddan çıxarmırıq!
***
Bu gün Azərbaycanın saysız-hesabsız
əsgər balası
var!
Bu gün Azərbaycanın 20 mindən
çox şəhid yarası var!
Hər ikisi hamı üçün əzizdir!
Dirilərin özləri,
şəhid gedənlərin
isə ruhları və adları!
Şəhidlərin beş mindən çoxu Ağdamın payına düşüb!
Ağdamda daha çox Vətən övladı şəhid gedib!
Ancaq onların bir qismi ağdamlı
olmayıb, vətənin
dar günündə köməyə gələn
Azərbaycan övladı
olub!
Şəhidlər həm də respublikanın coğrafiyasını göstərirlər!
Şəhidlər həm də ölkədə yaşayan digər millətlərin Azərbaycana
sevgisindən xəbər
verirlər!
Qarabağ xalqı
daha sıx birləşdirən müqəddəs
rəmzə çevrilib!
Qarabağ ölkənin
müstəqillik və
suverenlik istəyinin sınağına çevrilib!
Qarabağ övladın
öz vətəninə
bəslədiyi məhəbbətin
təcəssümünə çevrilib!
Vətən öz övladlarına arxalanaraq
köməyi ilk növbədə
onlardan gözləyir!
Onları sevir, onlara güvənir, onlara inanır!
***
Ümid sənədir,
əsgər balam!
Bilirəm, heç
nədən qorxmursan!
Hətta ölümdən
də!
Sən hamıdan
güclüsən, çünki
öz torpağındasan
və öz torpağın uğrunda vuruşursan!
Bir qədər də səbir et!
Bil, qələbə
səninlədir!
Sən həmişə
mənimləsən, şəhid
balam!
Sənin sinələrə
vurduğun yaralar heç zaman sağalmayacaq!
Belə yaralar qaysaq da bağlamır!
Onlar yalnız üzərinə Vətən
torpağı məlhəm
kimi çəkiləndə
sağalır!
İşğal altındakı
Vətən torpağı!
***
Darıxma, şəhid
balam!
Görürəm ruhun çox narahatdır!
Sənin əsgər
qardaşın qisasını
da alacaq, uğrunda şəhid getdiyin Vətən torpağını da əsirlikdən qurtaracaq!
Döz!
Səbir elə!
Onu da bil ki, dirilərə
də çətindir!
Səbir sonsuz deyil!
Ümid arta-arta
gedir, azala-azala yox!
Çünki gücümüz
və qüdrətimiz
də artır!
Darıxma, əsir
torpaq, görüşümüzə
az qalıb!
Lap az...
Bəxtiyar SADIQOV
Azərbaycan.-
2017.- 23 iyul.- S.6.