Osmanlı zabitindən Əhməd bəy Ağaoğluna məktub

 

Birinci Dünya müharibəsində məğlub olan Osmanlı Türkiyəsi ilə Böyük Britaniya arasında 1918-ci il oktyabrın 30-da bağlanmış Mudros müqaviləsinə görə Türkiyə Cənubi Qafqaz, o cümlədən Azərbaycandan  hərbi hissələrini çıxarmalı idi. Cənubi Qafqaz Böyük Britaniyanın  nüfuz dairəsi elan olunur və noyabrın 17-də Bakıya ingilis qoşunları yeridilir. N.Usubbəyov,  Ə.Ağayev  M.Rəfiyevdən ibarət Azərbaycan nümayəndə heyətinin  İrandakı ingilis qoşunlarının komandanı general Tomsonla Ənzəlidə apardığı danışıqlar səmərəsiz olur. General Tomson Ənzəlidən Bakıya yola düşməzdən əvvəl bir neçə bənddən ibarət bəyannamə ilə çıxış edirbildirir ki, noyabrın 17-si saat 10-na kimi Bakı  həm türk, həm də  Azərbaycan qoşunlarından təmizlənməlidir.

Bu xəbər Bakını erməni quldurlarından azad etmiş şanlı Qafqaz İslam Ordusunun əsgərlərini də məyus edir, onlar hər an canlarını fəda etməyə hazır olduqları Azərbaycandan - qardaş ölkədən ayrılmaq istəmirlər. Bir osmancığın Türkiyə və Azərbaycan tarixində misilsiz xidmətləri olan Əhməd bəy Ağaoğluna ünvanlandığı məktub bu duyğuların tərcümanıdır.

Yeri gəlmişkən qeyd edək ki, bu məktubun izinə 2015-ci ildə Türkiyəyə səfər zamanı əldə olunanAvukat Süreyya Ağaoğlu. Bir ömür  böyle geçti”. Arxiv kataloqu. 1898-1992” adlanannadir sənədlərin toplandığı dəyərli kitab-kataloqu (Qadın Əsərləri Kitabxanası və Bilgi Mərkəzi Vəqfi. İstanbul Barosu yayınları, 2010. 520 səh.) əldə etdikdən sonra düşmüşdük. Kataloqda Əhməd bəy Ağaoğlunun qızlarından yalnız Şərqin, türk islam dünyasının ilk qadın vəkili, hüquqşünası Sürəyya Ağaoğluna (1903, Şuşa-29 dekabr 1989, İstanbul) aid sənədlər əksini tapmışdır. Tezər və Gültəkin xanıma məxsus şəxsi sənədlərlə bağlı məlumatlar kataloqa daxil edilməmişdir. Peşəkarlıqla tərtib olunmuş kataloqda Sürəyya xanıma aid 5 minə yaxın şəxsi mənşəli sənəd haqqında məlumat  mövzuya uyğun təsnif edilərək nəşr olunmuşdur (ətraflı bax: Abid Tahirli. Türkiyə tarixində iz qoyan bacılar. “Ədəbiyyat qəzeti”, 23 yanvar 2016; modern.az, 24 yanvar 2016.). Kataloqda əksini tapan ailə şəkilləri, məktublar, sənədləri, vizitkalar, pasportlar, gündəliklər, qəzet kəsikləri, broşür və digər rəsmi sənədlər  bu gün mühüm  tarixiictimai əhəmiyyət kəsb edir. KataloqaÖn sözyazan prof. dr. Bəkir Kamal Ataman bu barədə bəhs edərkən fikrini belə ifadə etmişdir: “Ailənin şəcərəsi Osmanlı imperatorluğundan bugünədək Türkiyənin ictimai həyatına çox önəmli töhfə vermiş bir ailə ilə tanışlığa vəsilə oldu”.

Söz açdığımız məktubda deyilir:

“15 Teşrin-i sani (noyabr) 1918

Muhterem Ahmed Bey efendi

Bütün Türk ordusunun Bakü'yü alelacele (təcili olaraq) tahliye etmesi (tərk etməsi), zabıtan (zabitlər) misafirhanesinin akşam boşaltılması, Osman'la beni hayli düşündürdü ve biraderiniz Hüseyin beyle ba'de'l-müzakere (müzakirədən sonra) muvakkaten (müvəqqəti olaraq) Gence'ye gitmeye karar verdik. Ol tarafa pek az para ile hareket ediyoruz. Avdetiniz akabinde (siz döndükdən sonra) bize süratle talimat-ı lazıma (lazımi təlimatı) vereceğinizi ümit ediyoruz. Adresimiz Gence'de Samed Bey Yusufbeyof vasıtasıyladır. Bendeniz gerçi müsait şerait tahsisinde Kafkasya'da çalışmak taraftarı olsam da, Osman Cevri, ailesini düşünmekten adetada üssılaya (vətən həsrətinə) uğradı. Gece-gündüz İstanbul'u, çölük- çocuğunu düşünüyor ve Ahmed bey müsaade etse de İstanbul'a gide bilsem diyor.

Ellerinizi öperiz muhterem Ahmed Bey efendi

Tevfik (soyadı oxunmur)”.

Təbii sual çıxır: Osmancıq niyə məhz Əhməd Ağaoğluna müraciət edir, ondan təlimat gözləyir, icazə istəyir? Bu məktub - tarixi sənəd bir daha Qafqaz İslam Ordusunun müşaviri,  bütün türk-islam dünyasının ədəbi-mədəni ictimai-siyasi fikir tarixində diqqətəlayiq yer tutan Əhməd bəy Ağaoğlunun nüfuzundan, onun Qafqazda cərəyan edən hadisələrə təsir gücündən xəbər verir. Bu sənəd həm onu deməyə əsas verir ki, Qafqaz İslam Ordusunun Azərbaycanda bütün fəaliyyəti Əhməd bəyin tam nəzarəti altında həyata keçirilmişdir.

 

Abid TAHİRLİ,

 

Mehdi GƏNCƏLİ

 

Azərbaycan.- 2017.- 23 iyul.- S.6.