“Azərbaycan Milli Elmlər
Akademiyasının statusu haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2003-cü il 4 yanvar tarixli
836 nömrəli Fərmanının ləğv edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
“Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 yanvar tarixli 836 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 1, maddə 28) ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 iyul
2017-ci il
Azərbaycan.-
2017.-25 iyul.- S.1.