“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanını “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 9, maddə 685; 2012, ¹ 3, maddə 197, ¹ 4, maddə 289, ¹ 6, maddə 532; 2016, ¹ 1, maddə 76, ¹ 11, maddələr 1804, 1828, ¹ 12, maddə 2086) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.3-cü bənddən “29.0.31-ci,” sözləri çıxarılsın.

2. Aşağıdakı məzmunda 2.10-1-ci bənd əlavə edilsin:

“2.10-1. həmin qanunun 29.0.31-ci maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə  həyata keçirir;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyul 2017-ci il

 

Azərbaycan.- 2017.-25 iyul.- S.2.