Rasim Musabəyov: Soçi görüşü Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmaq cəhdlərinin əbəs olduğunu göstərdi

 

Rusiya ilə Azərbaycan arasında bir çox sahələrdə yüksələn xətlə inkişaf edən əlaqələr mövcuddur. Rusiya, həmçinin ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində yaxından iştirak edir. Məhz ikitərəfli digər məsələlərin müzakirəsi, regionda mövcud olan mürəkkəb problemlərin həlli yollarının axtarılması baxımından Azərbaycan Rusiya prezidentlərinin Soçidə keçirilən görüşü böyük əhəmiyyətə malikdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov səsləndirib.

Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, dövlət başçılarının görüşləri çox uğurla davam edən ikitərəfli münasibətlərimizin inkişafına yaxşı impuls verir. Rusiya-Azərbaycan münasibətlərinin inkişafını istəməyən, bu əlaqələrə kölgə salmaq niyyətində olan bəzi qüvvələr var. Ancaq Azərbaycan Rusiya prezidentlərinin Soçi görüşü sübut etdi ki, həmin qüvvələrin niyyətləri puç mənasızdır”, - deyə deputat vurğulayıb.

Politoloq qeyd edib ki, Azərbaycan Prezidenti İstanbulda qardaş Türkiyənin Prezidenti, ABŞ-ın dövlət katibi, bundan sonra isə Rusiya Prezidenti ilə görüşdü. Bu görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları da müzakirə olundu. Bu barədə danışan Rasim Musabəyov əmin olduğunu bildirib ki, münaqişənin həlli ilə bağlı yaxın zamanlarda irəliləyişlərə nail olunacaq.

 

Azərbaycan.- 2017.-25 iyul.- S.2.