“Azərbaycan Respublikasında vərəmlə
mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 7, maddə 484; 2001, ¹ 12, maddə 736; 2002, ¹ 6, maddə 328; 2005, ¹ 12, maddə 1093; 2008, ¹ 7, maddə 602; 2016, ¹ 4, maddə 649) 14-cü maddəsinin dördüncü hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Müavinətin ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyun
2017-ci il
Azərbaycan.-
2017.- 27 iyul.- S.2.