Ən qiymətli hədiyyə

 

Bunu alan jurnalistlər dövlət başçısına hədsiz minnətdardırlar

 

İnsan yaşayışı üçün ən önəmli şərtlərdən biri mənzilinin olmasıdır. Çünki həyatını düzgün qurmaq, normal yaşamaq və işləmək üçün mənzilin böyük əhəmiyyəti var. Amma bu, bəzən müəyyən zümrələr üçün əlçatmaz görünür. Xüsusilə də çox əməkhaqqı və qonorar almayan jurnalistlərə.

Çoxumuz şəhərin mərkəzində yaraşıqlı binada işıqlı mənzilə sahib olmaq həsrətini yalnız xəyallarımızda yaşamış, bunun gerçəkləşməsinə ümid bəsləməmişik. Amma ən böyük arzumuz hər sahədə bir ilkə imza atan xeyirxah liderimizin - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük qəlbinin hesabına həyata keçdi. Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı imzaladığı sərəncama əsasən hələ 2013-cü ildə tikilib istifadəyə verilən binada 156 nəfər jurnalist mənzil sahibi oldu, ailəsinin üzünə gələcəkdə rahat yaşamaları üçün xoş müjdədən xəbər verən qapılar açıldı.

20 iyul 2017-ci il. Bu da tarixi bir gündür. Yenə dövlət başçısının sərəncamına əsasən 255 qələm sahibi onlara tikilən binada mənzil almaq üçün jurnalistlər şəhərciyinə toplaşdı. Bəli, artıq həmişə vədinə sadiq qalan ölkə rəhbərinin qayğısı sayəsində belə bir şəhər yaranıb hazırda genişlənməkdədir. Bu şəhərə gələnlərin çöhrəsində sevinc, gözlərində həyat eşqi parlayırdı. Axı onlar həyatlarının ən qiymətli hədiyyəsini qəbul edirdilər. Daha dəyərlisi qürurvericisi isə o idi ki, hədiyyəni dövlət başçısının əlindən alırdılar. Odur ki, mənzil alan bu sətirlərin müəllifi daxil olmaqla bütün jurnalistlər şükranlıqlarını dövlət başçısına sonsuz minnətdarlıqlarını bildirirdilər.

İnsan amilini hər zaman uca tutan, vətəndaşına qəlb genişliyi ilə qayğı göstərən rəhbərinə hədsiz minnətdarlığını, böyük təşəkkürünü bildirməyin özü bir fəxarətdir. Açığını deyim ki, mən belə sevincin həsrətini yaşamışam buna nəsib olduğuma görə özümü xoşbəxt sayıram.

Azərbaycanda mətbuata qayğı diqqət ulu öndərdən başlanıb. Ümummilli lider Heydər Əliyevin istər sovet dönəmində, istərsə müstəqillik dövründə hakimiyyəti zamanı mətbuat inkişaf etmiş, cəmiyyətin güzgüsü olaraq öz missiyasını layiqincə yerinə yetirmişdir. Söz azadlığının, fikir plüralizminin təmin edilməsi həmişə ulu öndərin diqqətində olmuşdur. Ona görə ölkədə demokratik azadlıqların bərqərar olması ən ümdə məsələ idi. Bunun üçün , ilk növbədə, 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən ölkəmizin Əsas Qanununda fikir azadlığının təmin edilməsinin hüquqi baxımdan təsdiqlənməsinə nail oldu. 1998-ci il avqustun 8-də isəAzərbaycan Respublikasında söz, fikir mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqındafərmanı imzalamaqla senzura fəaliyyətini həyata keçirənQlavlitadlanan qurumu ləğv etdi. Biz jurnalistlərin sərbəstliyinə, mətbuatın inkişafına yeni bir impuls verildi. Ulu öndər jurnalistlərin zəhmətini yüksək qiymətləndirirdi. Onun bu sözlərini minnətdarlıqla xatırlayırıq: “Jurnalistin əməyi qeyri-adi əməkdir, olduqca böyük, zəhmətli əməkdir, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq tələb edən əməkdir, öz peşəsinə vurğunluq tələb edən bir əməkdir”. Necə dəqiq ifadə olunmuş fikir yüksək dəyərdir. Bu, ulu öndərin jurnalistlərə qayğıkeş münasibətinin təcəssümü idi. Elə buna görədir ki, jurnalistlər ümummilli lideri özlərinin ən böyük dostu bilirdilər.

Azərbaycan Prezidenti cənab İlham Əliyev bu ənənəni uğurla davam etdirir. Qəzetlərin bir vaxtlarAzərbaycannəşriyyatına yaranan borclarının dövlət büdcəsi hesabına silinməsi mətbuata yeni nəfəs verdi. Milli mətbuatın yubileylərinin qeyd edilməsi, jurnalistlərin fəxri adlarla mükafatlandırılması qələm əhlinə xoş ovqat bəxş edir. KİVDDF-nin yaradılması nəticəsində mükafatların təsis edilməsi, müsabiqələr keçirilməsi, mətbuata maliyyə vəsaitlərinin ayrılması, əlbəttə ki, ölkə rəhbərinin mediaya yüksək diqqət qayğısıdır. Bunun hesabına isə medianın maddi-texniki bazası möhkəmlənir, onun inkişafına stimul yaranır.

Azərbaycan bu gün kifayət qədər mürəkkəb olan geosiyasi vəziyyətdə müstəqil siyasət yürüdür, sürətlə inkişaf edir, iqtisadi tərəqqiyə nail olur, ölkədə böyük meqalayihələr icra olunur. Bütün bunlar isə xalqın rifahının yüksəlməsinə, hər bir vətəndaşın həyatının yaxşılaşmasına müsbət təsir göstərir.

Azərbaycan sosial dövlətdir. Bu ölkəyə isə xarizmatik, humanist, insana yüksək dəyər verən lider rəhbərlik edir. Hətta qlobal maliyyə böhranı zamanında heç bir sosial layihənin icrası dayandırılmadı. İndi Azərbaycanda təkcə jurnalistlərə deyil, məcburi köçkünlərə, müharibə veteranlarına da evlər tikilir. Dünyada belə bir təcrübə yoxdur, ona görə bunu analoqu olmayan hadisə kimi dəyərləndirirlər. Sadaladığımız təbəqələrin, həyatın müəyyən ağrı-acısını yaşayan insanların mənzilə böyük ehtiyacı var. Bu, reallaşırsa, onlara məlhəm olur, təsəlli verir.

Bütün bunlar isə xalqın rifahını yüksəldir, hər bir vətəndaşın həyatına müsbət təsir göstərir. Bu uğurların təməlində isə dövlətin məqsədyönlü, humanist siyasəti dayanır. Jurnalistlərin vəzifəsi isə bu siyasətə uyğun maarifləndirmə işi aparmaq, gördüklərini doğru-dürüst, obyektiv, qərəzsiz tərəfsiz işıqlandırmaqdır.

Azərbaycanda siyasi mənsubiyyətinə görə heç kim fərqləndirilmir. Mənzil alan jurnalistlər içərisində müxalifət təmsilçiləri var, müstəqil olanlar da, iqtidaryönümlüləri . Bu, dövlətimizin başçısınınMən hər bir azərbaycanlının Prezidentiyəmdeyiminin əməldə real təsdiqidir.

Azərbaycanın yeganə bir ağrılı problemi var. O da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllidir. Bax biz jurnalistlər daha çox bu barədə düşünməli, ona hansı töhfə verməyimizin fərqində olmalıyıq. Azərbaycanın haqlı səsini dünyaya çatdırmalıyıq, milli marağı hər şeydən üstün tutmalıyıq.

Təəssüf ki, bəzən sosial şəbəkələrdə şəxsi maraqlarının qurbanına çevrilən kəslər dövlətin biz jurnalistlərə etdiyi möhtəşəm, dünyada təkrarı olmayan xeyirxahlığa kölgə salmağa cəhd göstərir, hətta, jurnalist peşəsinə, əxlaq kodeksinə sığmayan təhqirlərə yol verir, yersiz hədyanlar söyləyirlər. Elə jurnalistlərə mənzillərin verilməsi ərəfəsində bunun şahidi olduq. Hansı yollarlasa saytlar açıb antiazərbaycançı qüvvələrə xidmət edən bu adamlar unutmamalıdırlar ki, Azərbaycanı inkişafdan dayandıra, nüfuzdan sala bilməzlər. Bir anlamalıdırlar ki, onların qarşısına çıxa biləcək həqiqi jurnalistlər var ki, cəmiyyətin nəbzini tuta bilir, Azərbaycanda baş verən ictimai-siyasi hadisələri olduğu kimi insanlara çatdırmağı bacarırlar.

İyulun 20-də Prezident İlham Əliyev yenidən jurnalistlərin dostu seçildi, əlbəttə, bu, dövlətin mediaya hər zaman açıq olmasının, azad sözün qorunması istiqamətində ölkə rəhbərinin zəruri addımlar atmasının göstəricisidir. Bu həm jurnalistlər üçün böyük məsuliyyətdir. Dostluq səmimiyyətə, qarşılıqlı etimada etibara söykənməlidir. Yalnız bu halda cəmiyyətə xeyir, ölkənin inkişafına töhfə verə bilər. Gəlin dövlət başçısının dediyi kimi, bu dostluğumuzun əbədi olmasına çalışaq! Dövlətimiz öz uğurlu siyasətini aparır. Biz jurnalistlər isə bunu görüb yazmalıyıq.

Sonda bir daha dövlətimizin başçısına yaşayış səviyyəmizin yüksəlməsinə, xeyirxah işlərinə görə hədsiz minnətdarlığımızı bildirirəm. Bu dəfə mənzil ala bilməyən həmkarlarıma isə növbəti dəfə bu sevinci yaşamağı arzulayıram. O gün isə uzaqda deyil, dövlət başçısının sərəncamına əsasən qısa müddətdə daha 255 jurnalist bu hədiyyənin xoşbəxt anlarını yaşayacaqdır.

 

Amil NOVRUZOV

 

Azərbaycan.- 2017.- 27 iyul.- S.1-2.