“Euronews” telekanalı Şəki
halvası barədə süjet
yayımlayıb
“Euronews” telekanalının “Postcards” proqramı Şəki halvası barədə süjet yayımlayıb.
AZƏRTAC xəbər verir ki, süjetdə Şəki halvasının hazırlanmasından, özünəməxsus dadından söhbət açılır. Verilişin aparıcısı Avrora Velez bildirir ki, əsl halvanı yalnız Azərbaycanda dadmaq mümkündür və hər regionun öz resepti var. Ən dadlı halva Şəkidə hazırlanır. Ağzının dadını bilən adam Şəki halvasına biganə qalmaz.
Aparıcının sözlərinə görə, Şəkidə halvanın resepti açıqlanmır. Bu resepti yalnız 200 ildir nəsillikcə halva hazırlayanlar bilir və el arasında onlara “halvaçı” deyilir.
Süjetdə
halvaçı Toğrul Vəliəhmədli
bu şirniyyatın bəzi sirlərini bölüşür. Avrora
Velezin fikrincə, halvanın hazırlanma sirrini öyrənmək və onu
hazırlamaq üçün cəhd
göstərmək əbəsdir. Sadəcə Şəkiyə
gəlib halvanın dadına baxmaq
lazımdır.
Azərbaycan.-
2017.- 27 iyul.- S.5.