“Jara”
dostluq, sülh, sevinc və sevgi festivalıdır
Beynəlxalq Musiqi Festivalının təşkilatçıları
və iştirakçılardan
bir qrupu mətbuat konfransı keçiriblər
İyulun 27-də “Sea
Breeze Resort” istirahət mərkəzində
“Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçıları və iştirakçılardan
bir qrupu mətbuat konfransı keçiriblər.
AZƏRTAC xəbər
verir ki, mətbuat konfransından əvvəl festival iştirakçıları
“Jara”nın böyük plakatına öz imzalarını atıblar.
Sergey Kojevnikov: Bakı “Jara -2017”yə yüksək
səviyyədə hazırlaşıb
Konfransda “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçıları
– tanınmış müğənni
və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi
Sergey Kojevnikov, habelə
festivalın iştirakçıları
Valeriya, İosif Priqojin, Qlyuk’oza, Anita Tsoy, Ani Lorak,
LOBODA iştirak ediblər.
Səmimi şəraitdə keçən mətbuat konfransında qonaqlar Bakının özünəməxsus
ab-havasından danışıb
və bunun festivala əlavə ovqat gətirdiyini bildiriblər.
Sergey Kojevnikov
Bakının festivala
mükəmməl hazırlaşdığını
deyib, təşkilatçılıq
işlərini yüksək
qiymətləndirib.
EMİN: Bu il “Jara”
festivalını 32 min tamaşaçı
canlı izləyəcək
Jurnalistlərə “Jara”nın proqramı haqqında məlumat verən EMİN bildirib ki, festivalda iştirak etmək üçün Bakıya
musiqiçilər, rəqqaslar
və onları müşayiət edən
heyətlərlə birlikdə
500-dən çox qonaq
gəlib. Tamaşaçıları dörd möhtəşəm
gün gözləyir.
Festivalın birinci günü
qala-konsert, ikinci günü isə görkəmli ifaçı
Sofiya Rotarunun 70 illiyi şərəfinə
yubiley konserti olacaq. İyulun 29-da dünya şöhrətli
müğənni Alla
Puqaçovanın yaradıcılıq
gecəsi keçiriləcək.
Festivalın bağlanış günü isə Qriqori Lepsin 55 illik yubileyinə həsr olunmuş proqram təqdim ediləcək.
Mətbuat konfransında festivalda ifa olunacaq mahnılar,
xitlərin seçimi
barədə də məlumat verilib. Müğənni Valeriya festivalda bir çox sevilən mahnıların
fərqli aranjemanda təqdim olunacağını
deyib.
Müğənnilər Bakıya tək deyil, ailə üzvləri ilə birgə gəliblər. Bu barədə danışan
EMİN bildirib ki, Xəzər sahilləri istirahət üçün
ən gözəl məkandır. Əgər
ötən il
festivalı 10 min tamaşaçı
canlı izləyibsə,
bu il onların
sayının 32 minə
çatacağı gözlənilir.
“Jara” Azərbaycan
Dövlət Televiziyasında
və Rusiyanın Birinci kanalında yayımlanacaq, 150 milyon televiziya tamaşaçısına
da unudulmaz anlar yaşadacaq.
Qriqori Leps: Festivalda yeni mahnılar səslənəcək
və sürprizlər
olacaq
Sergey Kojevnikov
2018-ci ilin martın
4-də Moskvada Krokus-holda
“Jara” festivalının
mükafatlarının təqdimatının
keçiriləcəyini bildirib. Qriqori Leps
festivalda yeni mahnıların səslənəcəyini
və sürprizlər
olacağını vəd
edib.
Müğənnilər “Jara”ya xüsusi hazırlaşdıqlarını, festivalın müddətinin
artırılmasından məmnun
qaldıqlarını bildiriblər.
Jurnalistlərin suallarını cavablandıran
festival iştirakçıları Bakının çox qonaqpərvər və ecazkar şəhər olduğunu deyib, Azərbaycan mətbəxinin
zənginliyindən danışıblar. Qeyd ediblər
ki, bu festivala
qatılmaq üçün
bütün planlarını
təxirə salıblar.
Müğənni LOBODA “Jara”nın bir araya toplaşmaq üçün gözəl
imkan olduğunu vurğulayıb. Ani Lorak isə
ilk festivalın böyük
əks-sədasından sonra
ikinci festivalda iştirak etmək istəyənlərin sayının
artdığını söyləyib.
Konfransda belə bir yekdil
fikir ifadə olunub ki, “Jara”
dostluq, sülh, sevinc və sevgi festivalıdır.
Azərbaycan.- 2017.- 28 iyul.- S.6.