Jurnalistlərin mənzil problemlərinin həlli böyük xeyirxahlıqdır
Nəinki media adamları, bütövlükdə cəmiyyət
bu hadisəni böyük
minnətdarlıqla qarşıladı
Jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət başçısı tərəfindən imzalanan müvafiq sərəncamlar media ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Bu istiqamətdə ilk irimiqyaslı sərəncam 2010-cu ildə milli mətbuatımızın 135 illiyi ərəfəsində imzalandı. Sərəncama uyğun olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Xəzərin sahilində, gözəl şəhər mənzərəsi olan yerdə ilk binanın tikintisinə başlanıldı. 2013-cü ildə 17 mərtəbəli, ikibloklu, 155 mənzilli bina jurnalistlərin istifadəsinə verildi.
Elə həmin ildə Prezident İlham Əliyev “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” növbəti sərəncam imzaladı. Nəticədə jurnalistlər üçün 17 mərtəbəli, üçbloklu, 255 mənzilli 2-ci binanın tikintisi reallaşdı. İyulun 20-də isə Prezident İlham Əliyevin də iştirakı ilə jurnalistlərin sosial durumunun yaxşılaşdırılmasına xidmət edən binadakı mənzillər ehtiyacı olan media nümayəndələrinin ixtiyarına verildi.
Mənzil alan jurnalistlərin sevinclərinin həddi-hüdudu
yoxdur. Onlar bu şad günlərinin,
sevincli anlarının
xoş təəssüratlarını
bizimlə də bölüşdülər:
“255 evdə, 255 ailədə işıq yandırmaqdan böyük, nəcib iş ola
bilməz”
Qulu Ağsəs,
“Ulduz”
jurnalının baş
redaktoru
- Mətbuat Şurasının yeni binasının açılışında
jurnalistlərin mənzil
problemlərinin yaxşılaşdırılması
ilə bağlı Prezident İlham Əliyevə xoş bir niyyət kimi təklif səsləndirildi. Əlbəttə, bu elə bir
məsələ idi ki, reallaşa da bilərdi, reallaşmaya da. Çünki dünyada belə
bir anoloji hal yox idi
ki, jurnalistlərin sosial problemlərini həll etmək üçün onlara bina tikilib verilsin.
Amma cənab Prezident bu təklifə
gözlənildiyindən daha
isti, daha səmimi reaksiya verdi.
Birinci binadakı
bölgü zamanı
açıq-aydın göründü
ki, ev
verilən jurnalistlərin
siyasi baxışları,
Azərbaycan hakimiyyətinə
qarşı mövqeyi
fərqinə varılmadı.
Əsas məsələ jurnalistlərin
evsizlik problemi idi. İkinci binanın bölgüsü
zamanı da bu prinsip əsas
götürüldü. Xəbər verildiyi kimi, növbəti binanın da təməli qoyulub. Bu dəfə
də rəsmi şəkildə açıqlandı
ki, ev
verilən və ya veriləcək jurnalistlərin siyasi mövqeyi, əqidəsi qətiyyən nəzərə
alınmır. Çünki
ev alanların
içərisində nə
qədər istəsəniz
Azərbaycan hakimiyyətinə
müxalif olan qələm adamlarına rast gəlmək olar. Onlar yenə də
öz mövqelərindədirlər.
Hətta ev
alanlar sırasında
elələri var ki, siyasi baxışlarının
fərqli olmasına görə onlara ev verilməyəcəyini
bəyan edən statuslar da paylaşırdılar.
Amma evlər paylanıldıqdan
sonra ədalətin bir daha şahidi
olduq, nəinki mətbuat adamları, bütövlükdə cəmiyyət
bunu böyük sayğı və sevgiylə qarşıladı.
Mənim uzun illər idi ki, mənzil
problemim vardı. Biz köhnə “xruşovka” deyilən binada birotaqlı mənzildə
yaşayırdıq. Yazıçılar
Brliyində düz 18 il idi ki ev növbəsində
dayanmışdım. İş
elə gətirmişdi
ki, mənzil sahibi ola
bilməmişdim. Ona görə
üç namizədlə
Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Fonduna müraciət etdik. Amma sonda bir nəfərə-mənə mənzil
nəsib oldu. Təbii ki, bu mənim
üçün çox
gözlənilməz oldu.
Həyat
yoldaşımın jurnalist
olması da nəzərə alındı,
Bu, mətbuat günü
ərəfəsində ailəmizin
ən böyük hədiyyəsi idi.
Bu evin özəlliyi ondadır ki, bunu Prezident
bağışlayıb. Təbii ki,
Prezidentin verdiyi ən kiçik hədiyyə belə ən böyük dəyər sayılır.
Həm ailəm adından, həm də bizim sevincimizi bölüşən dostlarım
və qohumlarım adından cənab Prezidentə təşəkkür
edirik, ona uzun ömür arzulayırıq. İki-üç ildən sonra da görün nə qədər jurnalistə mənzil veriləcək. Bu, dünyada analoqu olmayan çox yüksək xeyirxahlıqdır.
255 evdə, 255 ailədə
işıq yandırmaqdan
böyük, nəcib iş ola bilməz...
“Xidməti
olanlar mükafatlandırıldı”
Xalid Kazımlı,
“Yeni
Müsavat” qəzetinin
redaktoru
- Jurnalistlərə
paylanası mənzillərlə
bağlı keçirilən
mərasimdə arxa sıralarda oturmuşdum. Mən tribunada çıxış
edən Prezident İlham Əliyevi görürdüm, amma o, məni təbii ki, görmürdü.
Ancaq bir ara mənə
elə gəldi ki, Prezident sırf
məni nəzərdə
tutaraq bir cümlə işlətdi.
Həmin
cümlə beləydi
ki, bəzi jurnalistlərin müxalif siyasi partiyaların üzvü olmasına baxmayaraq, ayrı-seçkilik
etmədik, tənqidçi
jurnalist olub-olmamaları
bu seçimdə rol oynamadı. Hətta yanımda oturan tanınmış jurnalist
də dirsəyimə
toxundu ki, “səni deyir”.
Mərasimdə çoxlu
tanış sima gördüm. Aralarında 20-25 il,
hətta 30-40 il öncədən tanıdıqlarım
vardı. İlqar Əlfi ilə
söhbətləşdik. Onun 35 il
öncə yazdığı
“Xof” povestini xatırladıq. Müstəqil mediamızın təəssübkeşlərindən
olan Hüseynbala Səlimovu, Bahəddin Həziyevi, Azər Rəşidoğlunu mərasimdə
görmək xoş idi. Bu, onların
da mükafatlandırılacağı
anlamına gəlirdi.
Ehtiyacı olan şəxslər isə çox idi. Bu tədbir təkcə
evsizlərə ev paylamaq mənası daşımırdı,
bu, əsasən ölkə mediasının
inkişafında rolu olan, uzun illər
parlaq yazılara imza atan mətbu
ustaların mükafatlandırılması
idi. Biz mənzil
şəraitinin yaxşılaşdırılması
bəndindən yararlanan
qrupdan idik. Mənzillər bölüşdürülərkən
diqqət etdik ki, bu barədə
siyasi qərar verənlər hər şeyi diqqətlə, yerli-yataqlı incələyiblər,
çox adama bəlli olmayan detalları öyrəniblər
və nəzərə
alıblar. Elə olmasaydı,
hazırda gözləntisi
olmayan şəxslərə
mənzil verilməzdi,
jurnalist cütlüklər
nəzərə alınmazdı.
Bəziləri deyir ki, bu
aksiya jurnalistlərin ələ alınmasıdır. Elə şey
yoxdur. Mərhum jurnalist İbrahim
Bayandurlu (eləcə
də digər mərhum həmkarlarımız)
neçə ildir həyatda yoxdur, onların ələ alınmasından, susdurulmasından
necə söhbət gedə bilər?! Eləcə də veteran jurnalistlər.
Artıq
yazmırlar. Onlardan mədh
uman da yoxdur.
Təkcə elə onlara
görə bu siyahını gerçəkdən
də “möhtəşəm
siyahı” adlandıranlar
haqlıdırlar.
Özümə gəlincə, deyim ki, mən tənqidçi
jurnalist olaraq qalacağam. Məndən mədhiyyə tələb
edən yoxdur. Üstəlik, Prezident jurnalistlərin
ölkədəki neqativ
hallardan yazmalarına yaşıl işıq yandırdı. Bir daha bizim mənzil sahibi olmağımızda
rolu olan, buna görə sevincini bölüşən
hər kəsə,
ilk növbədə isə
Prezident İlham Əliyevə təşəkkürümü
bildirirəm.
“Səbr
həm də uğurun açarıdır”
Arzu Şirinova,
“Xalq
cəbhəsi” qəzetinin
redaktoru:
- Artıq kirayə qalmağa əlvida dedim! Bu sevinci mənə, ailəmə, balalarıma
yaşatdığınız üçün var olun, cənab Prezident! Dualarını əskik etməyən, bu gün sevincimə
şərik olan dostlarıma, “Xalq Cəbhəsi”nin rəhbərliyinə minnətdaram.
Mənzil alan
bütün həmkarlarımı
təbrik edirəm, almayanlara da bu sevinci yaşamağı
arzulayıram. Ev ala bilməyən
həmkarlarımın, bəzən
narazılıqlarını sosial şəbəkələrdən
oxuyuram. Bəziləri
də mənim 4 il bundan
əvvəl etdiklərimi
- ev alanları təbrik edib, uğurlar arzulayır, xeyir-dualarını verir, sevinclərinə şərik
olurlar. Mənzil ala bilməyənlərə isə səbrli olun deyirəm. Çünki səbr həm
də uğurun açarıdır.
Əziz həmkarlar, məni və siyahıda digər adı keçən dostlarınızı
ürəkdolusu təbrik
edin ki, üç ildən sonra siz də
qarşılığını alasınız. Mənzil alan hər
bir jurnalisti təbrik edirəm və bunun sevincini
yaşamağı arzulayıram!
“Sizi
mənzil almağınız
münasibəti ilə
təbrik edirik” zəngi gələndə...
Fazil Əhməd,
“Reytinq”
qəzetinin baş redaktor müavini
- Prezident İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” 22 iyul 2013-cü il tarixli sərəncamı əsasında inşa edilmiş çoxmərtəbəli yaşayış binasından mənə də mənzil ayrılıb. Əlbəttə, bu, ilk növbədə cənab Prezidentin, dövlətin, mətbuata, onun əməkdaşlarına, bütövlükdə jurnalistlərə yüksək diqqət və qayğısının təzahürü olmaqla yanaşı, həm də yüzlərlə ailənin böyük və əsas probleminin həlli deməkdir. Şəxsən mən buna görə 17 il işlədiyim “Reytinq”in kollektivi və bütövlükdə həmkarlarım adından bir daha ölkə Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm.
Bilirsiniz, bəzən insanın həyatında elə anlar olur ki, onu sözlə ifadə etmək mümkün deyil. Cənab Prezident bizə o unudulmaz anları yaşatdı. Təkcə 255 jurnalisti deyil, onların ailələrini, övladlarını, bütün qohum-əqrəbalarını sevincə qərq etdi. İnanın, Prezident Administrasiyasından “Sizi mənzil almağınız münasibəti ilə təbrik edirik” zəngi gələndə, ailəmdə yaşanan o sevinci təsəvvür etmək mümkün deyildi. Prezident İlham Əliyev 255 jurnalistə və onların ailə üzvlərinə sözlə ifadə edilməyəcək hədsiz sevinc yaşatdı. İnanırıq ki, “Siz jurnalistlər mənim qeyri-rəsmi köməkçilərimsiniz” deyən cənab Prezident hər zaman olduğu kimi, bundan sonra da öz diqqət və qayğısını jurnalistlərin üzərindən əsirgəməyəcək.
Elgün MƏNSİMOV,
Azərbaycan.-
2017.- 28 iyul.- S.2.