Azərbaycan-Türkmənistan əlaqələrinin daha da möhkəmləndirilməsi
üçün geniş
potensial mövcuddur
Azərbaycanın
Baş naziri Artur Rasi-zadə Türkmənistanın ölkəmizdə
yeni təyin olunmuş səfiri ilə görüşüb
İyulun 27-də Azərbaycan
Respublikasının Baş naziri Artur Rasi-zadə Türkmənistanın
ölkəmizdə yeni təyin olunmuş səfiri Mekan
İşanquliyevlə onun xahişi ilə
görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı səfir Mekan İşanquliyev Türkmənistanın dövlət və hökumət rəhbərlərinin səmimi salamlarını Azərbaycanın Baş nazirinə çatdırıb. Hər iki xalq arasında tarixən yüksək səviyyəli milli-mədəni əlaqələrin olduğunu deyən səfir bu əlaqələrin daha da dərinləşdirilməsi üçün öz səlahiyyətləri daxilində var qüvvəsi ilə çalışacağını bildirib.
Türkmənistan səfirini yeni şərəfli vəzifəyə təyin olunması münasibətilə təbrik edən Baş nazir Artur Rasi-zadə əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün kifayət qədər potensialın olduğunu xatırladaraq, iqtisadi-ticari əməkdaşlığın bir çox istiqamətlər üzrə, xüsusən, energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat və yükdaşımaları sahəsində, habelə humanitar sferada geniş imkanların mövcudluğunu diqqətə çatdırıb.
Mekan İşanquliyevə diplomatik fəaliyyətində uğurlar arzulayan Baş nazir Artur Rasi-zadə əmin olduğunu bildirib ki, səfir Azərbaycan ilə Türkmənistan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcək.
Görüşdə
qarşılıqlı maraq doğuran bir sıra digər
məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.
Azərbaycan.-
2017.-28 iyul.- S.2.