Bura məskənidir gözəlliklərin”

 

28 İyul 2017

 

Qax bu yay daha çox qonaq-qaralıdır

 

Azərbaycanın hər bir guşəsi gözəldir. Aranı bir cür, dağlıq məkanları isə tamamilə fərqli forma və məzmunda cilvələnib bu yurdun. Zəngin tarixi, qorunan adət-ənənələri, özünəməxsus təbiəti, insanların əsrlərdən qopub gələn qonaqpərvərliyi hər kəsə bəllidir. Görümlü-baxımlı tarixi məkanlar təbiətə başqa bir rəng qatır. Respublikamızın şimal-qərb bölgəsinin mirvarisi olan Qax da bu guşələr içərisində özünəməxsusluğu ilə fərqlənir.

Zəngin fauna və florası ilə seçilən, yeraltı, yerüstü sərvətlərə, mineral xammal ehtiyatlarına malik Qax rayonu mülayimsaf dağ havası, şəfalı bulaqları, şəlalələri, düzənlik və dağlıq meşələri, bir sözlə, bənzərsiz təbiəti ilə bir ayrı məkandır. Qədim tarixə və mədəniyyətə malik Qax rayonunun hər guşəsi turistlər üçün əsl sürprizdir. Bu yerlərin müalicəvi suları, təbii dərman bitkiləri bura üz tutanlar üçün həm də şəfa mənbəyidir.

Prezident İlham Əliyevin Qaxa etdiyi səfərlərin birində səsləndirdiyi fikirlər bu məqamda yerinə düşür: “Azərbaycanın təbiətinin, həmçinin Qax rayonunun füsunkar gözəlliklərinə dünyanın heç bir yerində rast gəlmək mümkün deyil. Sadəcə olaraq, biz gərək bu gözəllikləri dünyaya təqdim etməyi bacaraq, mehmanxanalaraeroportlar yaradaq. Gözəl təbiətə malik olan bölgədə prioritet istiqamətlərdən birini məhz turizmin inkişafı təşkil edir”.

 

Qax xarici turistlərin də diqqətini cəlb edir

 

Qeyri-neft sektorunun inkişafı ilə bağlı Prezidentin tövsiyəsinə əsasən son illər turizm sənayesinə diqqət və qayğı daha da artıb. Üstəlik iqtisadi baxımdan gəlirli sahə olduğundan ölkəmizdə bu istiqamətdə əməli işlər görülür. Paralel olaraq turizmlə bağlı bir sıra dövlət proqramları qəbul edilirhüquqi sənədlər imzalanır.

Turizmin inkişafı istiqamətində ölkədə həyata keçirilən dövlət siyasəti Qax rayonuna da təsirsiz ötüşməyib. Şəki Regional Turizm və Mədəniyyət İdarəsinin Qax rayonu üzrə rəsmi nümayəndəsi Dilarə Əzizova bildirdi ki, hər il rayonda yeni turizm məkanları istifadəyə verilir, turistlərə göstərilən xidmətin keyfiyyəti yüksəldilir: “Artıq rayonumuzda turistlərə 12 turizm obyektionlarca digər obyektlər xidmət göstərir. Bunlara nümunə olaraq “Şəfa” istirahət və müalicə pansionatı, İlisu pansionatı, “Yaşıl park”, “Ulu”, “İmproteks”, “Ulu dağ” , “Səngər qala”, “Bergs”, “Kürmük” turizm-istirahət mərkəzləri, “Edenpark hotel və “El Resortbeşulduzlu hotel göstərilə bilər. Həmin müəssisələrdə yerlərin sayı artıq 1034-ə çatıb. Qiymətlər gündə 3 dəfə yeməklə bəzi obyektlərdə 30-35 manat arasında dəyişir. Qiymətlər hotelin dərəcəsinə, xidmətin növlərinə, keyfiyyətinə görə tənzimlənir. Mövsüm ərzində qiymətlərdə endirimlər də həyata keçirilir. Yaradılan şərait, göstərilən yüksək xidmət sayəsində rayona gələn turistlərin sayı ildən-ilə artır. 2015-ci ildə rayona 24,1 min nəfər turist gəldiyi halda, 2016-cı ildə onların sayı 29,5 min nəfər olub. Bu ilin 6 ayı ərzində isə rayonu 11 min turist ziyarət edib”.

Qaxda turizm mövsümi xarakter daşımır. Keçən il dekabr ayındaİlisu SnovTubinqyay-qış turizm kompleksinin açılışı bu istiqamətdə həyata keçirilən ilk layihələrdəndir. Mövsüm ərzində bu məkanın xidmətindən yüzlərlə turist istifadə edib.

Son illər keçirilən beynəlxalq tədbirlər, festivallar, sərgilər, idman oyunları Azərbaycana əcnəbi turistlərin axınına daha çox təkan verir. Təsadüfi deyil ki, 2015-ci ildə rayona gələn xarici turistlərin sayı 400 nəfər idisə, 2016-cı ildə bu rəqəm 600-ə yaxın oldu. Cari ilin birinci yarım ilində isə Qaxa 1000-dən çox xarici turist səfər edib.

Onu da qeyd edək ki, bu il aprel ayının 6-8-də Bakı Ekspo Mərkəzində keçirilən XVI Beynəlxalq Turizm Səyahətlər sərgisində rayonun turizm obyektlərindən “El Resort”, “Bergs”,”Səngər qala”, “Ulu dağ”, “Yaşıl Park” istirahət mərkəzləri, “İlisuailəvi istirahət mərkəzi Şəfaistirahət müalicə pansionatı təmsil olunmuşlar.

 

Rayonda ekoturizmin potensialı böyükdür

 

Təbii resurslar, vacib xammal mənbələrinin olması rayonda ekoturizmin inkişafına da zəmin yaradır. Bundan əlavə, İlisu Dövlət Təbiət Qoruğu onun nəzdində Qax Dövlət Yasaqlığı rayonda ekoturizmin inkişafı üçün böyük imkanlar açır.

Qax tarixi məkanları ilə seçilir həmin qədim abidələr ziyarətçilərin böyük marağına səbəb olur. Rayonda 2-si dünya, 18-i ölkə, 48-i isə yerli əhəmiyyətli olmaqla 48 memarlıq, 18 arxeoloji 2 monumental-xatirə abidələri var. Mütəxəssislər tərəfindən rayonda turistlərin abidələrə səyahətini təşkil etmək üçün 6 marşrut müəyyənləşdirilib. Bununla yanaşı, turizm obyektlərinin özlərinin ekskursiya marşrutları var. Həmin marşrutlar üzrə turistlərin maraq arzuları nəzərə alınmaqla kollektiv ya ailəvi şəkildə ekskursiyalar təşkil edilir.

Qaxda turistlərin istirahətinin daha yaxşı təşkili üçün digər tədbirlər həyata keçirilir. Məsələn, istirahət parklarında hər gün müxtəlif əyləncələr təşkil edilir. İçəribazarTurizm Mədəniyyət Mərkəzində isə turistlər üçün tədbirlər görülüb. Mövsüm ərzində istər turistlər, istərsə yerli sakinlər üçün konsertlər verilir. Konsertlərdə rayonun mədəniyyət müəssisələrində fəaliyyət göstərən kollektivlər iştirak edirlər.

 

Qədim sənət növlərinə yeni həyat verilir

 

Azərbaycanda turizmə dəstək məqsədilə qədim unudulmaqda olan sənət növlərinin dirçəldilməsinə, sənətkarların fəaliyyətləri üçün münbit şəraitin yaradılmasına xüsusi fikir verilir. Xüsusilə qədim sənət növlərindən olan xalçaçılığın inkişaf etdirilməsinə diqqət artırılır.

Qaxda da bir sıra sənət növləri üzrə məşğul olan sənətkarlar araşdırılıb tapıldıqdan sonra onlar üçünİçəribazarTurizm Mədəniyyət Mərkəzində yerlər ayrılıb. Xalçaçılıq, toxuculuq oyma sənəti ilə məşğul olan sənətkarlar bu imkanlardan yararlanmaqla bərabər, əl işlərinin satılması üçün ərazidəki satış dükanından istifadə edirlər.

Qaxda xalq sənətkarlığı növlərindən dəmirçilik, ağac daş üzərində oyma, qalayçılıq, bədii tikmə s. sahələr yaşadılır. Onların vaxtaşırı rəsm qalereyasında turizm obyektlərində, istirahət məkanlarında satış-sərgiləri təşkil edilir. Sənətkarlar respublika səviyyəli tədbirlərdə rayonu layiqincə təmsil edirlər. Həvəskar rəssam Rövşən Şirinovun rəsmləri, Tural Manafovun ağac üzərində oyma işləri, Hekayət Xəlilovanın toxuduğu müxtəlif əl işləri həm turistlər, həm yerli əhali tərəfindən həvəslə alınır.

 

Damaq tamı Qaxdadır

 

Qax rayonu özünəməxsus mətbəxi ilə seçilir. Ətin qaxac edilməsi (qurudulması) qaxacdan sürhüllü bişirilməsi bu yerlər üçün daha xarakterikdir. Toyuqlu xəngəl, lobyalı, qozlu qaxlıların ən sevimli yeməklərindəndir. Bundan əlavə, qoz fındıqdan xüsusi şirniyyatlar, çörəklər bişirilir. Rayona gəlmiş hər bir turistə rayona məxsus bu ləziz yeməklər təklif olunur onlar bu damaq tamını uzun müddət unuda bilmirlər.

 

Təbiət bəxş etsə ...

 

Qax kurort resursları cəhətdən zəngin olmasına baxmayaraq, potensialın çox cüzi hissəsindən istifadə edilən rayonlardandır. Bol mineral su ehtiyatları rayonda iqlim-balneoloji kurort zonalarının salınmasını zəruri edir.

İlisu və Sarıbaş kəndləri ərazisində yer üzünə çıxan termal bulaqlar qədimdə xalq təbabətində yel xəstəliyinə qarşı istifadə olunub. Lakin laqeydlik ucbatından həmin bulaqların suyu bu yaxınlaradək boş yerə axıb gedirdi. Halbuki Hamam çayı sahilində fəaliyyət göstərən “Oğlanbulaq”, “Qızbulaq” və “Hamam” adlı hovuzlar yüzlərlə insana uzun müddət şəfa bəxş edib. Sevindirici haldır ki, bu bulaqların suyu 2010-cu ildə borularlaUlu dağ” istirahət mərkəzinə gətirilib. Artıq müalicə məqsədilə sudan istifadə üçün məsafə qət etmək lazım gəlməyəcək. Xəstələr rahat, hər cür şərait yaradılmış xüsusi otaqlarda bu sudan istifadə etməyə başlayıblar. Deməli, bütün bunlar rayonda elmi ekoturların təşkilini də zəruri edir. Həmçinin təbiətin bu möcüzəsinin, müalicəvi suyun elmi cəhətdən tədqiqinə ehtiyac var.

 

Bu yerlər kənd turizmi üçün daha əlverişlidir

 

Rayonda kənd yaşıl turizmi, müalicə və istirahət turizm növlərindən də geniş istifadə olunur. Kənd yaşıl turizmi daha çox inkişaf etmişdir. Xüsusilə yerli turistlər bu turizm növündən daha çox istifadə edirlər. Qaxda mövsümi ovçuluq, atçılıq, dağ, qış turizm növləri də mövcuddur.

İctimai diplomatiya adlandırılan kənd turizminin daha da inkişaf etdirilməsi üçün ev sahibləri arasında maarifləndirmə işləri aparılır. Onlara turistlərdə unudulmaz təəssürat yaratmaları tövsiyə olunur, qonaqlara xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində təlimatlar verilir. Ev sahiblərinin diqqətinə çatdırılır ki, məqsəd yalnız gəlir əldə etmək deyil, rayononun turizm imkanları haqqında qonaqları məlumatlandırmaq və lazımi səviyyədə xidmət göstərərək onların diqqətini regiona daha çox cəlb etməkdir. Yerli adamlar lazım gəldikdə bələdçilik etməyi bacarmalı, yaşadığı ərazinin tarixi, adət-ənənələri, təbii resursları haqqında məlumatlara malik olmalıdır. Onu da qeyd edək ki, kənd turizminə üstünlük verən qonaqlar rayonun İlisu, Ağçay, Qaşqaçay, Armudlu, Ləkit, Qum və Çinarlı kəndlərinə üz tuturlar.

Artıq bütün turizm obyektlərində yay turizm mövsümünə start verilib. Demək olar ki, əksər turizm növləri üçün münbit şərait olan Qax rayonu bu il əvvəlki illərlə müqayisədə daha çox qonaq-qaralı olmağa hazırlaşır.

 

Əli SƏLİMOV,

 

Azərbaycan.- 2017.-28 iyul.- S.4.