“Xarici donorlar tərəfindən
Azərbaycan Respublikasının ərazisində qrantların
verilməsi prosedurunda “bir
pəncərə” prinsipinin tətbiqi
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 21 oktyabr tarixli 1083 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 513-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
“Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 oktyabr tarixli 1083 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 10, maddə 1642) 2-ci hissəsinə “kommersiya qurumlarına” sözlərindən sonra “və publik hüquqi şəxslərə” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 iyul
2017-ci il
Azərbaycan.-
2017.-29 iyul.- S.1.