Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 513-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 2, maddə 118; 2016, ¹ 5, maddə 862, ¹ 8, maddələr 1373, 1384; 2017, ¹ 1, maddə 46) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.66-cı yarımbəndinə “şəxsləri” sözündən sonra “və publik hüquqi şəxsləri” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 iyul
2017-ci il
Azərbaycan.-
2017.-29 iyul.- S.2.