Goranboy turistlərin sevdiyi məkana çevrilib

 

Zəngin tarixə, füsunkar təbiətə, mineral termal su qaynaqlarına, qədim memarlıq abidələrinə, çoxçeşidli milli mətbəxə malik Azərbaycan xarici turistlərin diqqət mərkəzinə çevrilmişdir. Dünyadakı 11 iqlim qurşağının 9-nun ölkəmizdə olması yay qış istirahəti üçün hər bir turistə geniş istirahət imkanları açmışdır. Məhz bunun nəticəsidir ki, son illər xarici turistlərin bu qədim diyara maraqları xeyli artmışdır.

Belə bölgələrdən biri Goranboydur. Son illər burada həyata keçirilən infrastruktur layihələri bu bölgəyə gələn turistlərin sayının artmasına səbəb olmuşdur. Təkcə keçən il rayona 20 mindən artıq turist gəlmişdir ki, onun da təxminən 10 faizini xarici turistlər təşkil etmişdir. Türkiyədən, Rusiyadan, Qazaxıstandan, İrandan, Almaniyadan, Ukraynadan gələn bu turistlər əsasən Aşağı Ağcakənd qəsəbəsində, Rus Borisi, Todan, Mənəşli, Buzluq, Erkəc, Ballı qaya sair kəndlərdə dincəlməyə üstünlük vermişlər. Bu yerlərin meşələri, sərin bulaqları, gur sulu çayları gözəl çəmənlikləri turistlər üçün unudulmaz anlar yaşadır. Hətta Buzluq kəndindən keçərək Kəpəz dağına çıxan turistlər dəniz səviyyəsindən 1400 metr yüksəklikdə olan məşhur Göy gölü seyr etmək imkanı qazanırlar. Bu il rayona gələn turistlərin ümumi sayında artım qeydə alınmışdır. Bu da deməyə əsas verir ki, cari ildə onların sayı 25 mini keçəcək.

Rayon mədəniyyət turizm şöbəsinin müdiri Gündüz Hacıyev dedi ki, hazırda rayon ərazisində 3 turizm marşrutu fəaliyyət göstərir. Həmin marşrutlar üzərində çoxlu sayda yerli ölkə əhəmiyyətli tarixi abidələr var. Şöbə ekoturizmin inkişaf etdirilməsi istiqamətində çoxlu sayda tədbirlər həyata keçirir.

Rayon ərazisində fəaliyyət göstərənGülüstan”, “Qala”, “Goranboy”, “Şahin digər hotellərdə demək olar ki, yay mövsümündə sıxlıq olur. Bu hotellərdə gün ərzində 300 nəfərə yaxın turistin qalması üçün hər cür şərait yaradılmışdır.

Cari ilin yay turizm mövsümünə əvvəlcədən hazırlıq işləri aparılmışdır. Xüsusilə şəxsi evlərin kirayə verilməsi ilə əlaqədar şöbəyə daxil olan 25-dən artıq müraciətlə bağlı ərazilərə baxılmış, ev sahibləri ilə danışıqlar aparılmış, turistlərin qalacaqları mənzillərin gigiyenik normalara cavab verməsi barədə məsləhətlər verilmişdir.

Rayon mədəniyyət turizm şöbəsi turizm potensialının təbliğ təşviq edilməsi məqsədilə bukletlər, təqvimlər çap etdirərək istirahət mərkəzlərinə paylamışdır. Yay mövsümündə istirahət mərkəzlərində şənbə bazar günləri mədəniyyət evinin bədii özfəaliyyət kollektivlərinin çıxışları üçün xüsusi proqram tərtib edilmiş, bölgənin folklorunu milli mətbəx nümunələrini xarici turistlərə çatdırmaq üçün müxtəlif tədbirlərin keçirilməsi, rayon dövlət rəsm qalereyasındakı əsərlərin, kitab sərgilərinin nümayişi tədbirlər planına daxil edilmişdir. Rayonda keçiriləcəkŞirniyyat günü”nə hazırlıq görülüb.

Turistlərin maraqlarını artırmaq üçün 3 marşrut üzrə səyahətlər təşkil edilir. Bu səyahətlər zamanı bələdçilər tərəfindən bölgənin abidələri görməli yerləri haqqında ətraflı məlumat verilir.

Qeyd etdiyimiz kimi, bölgədə turistlərin marağını özünə çəkən çoxlu sayda abidələr var. Bunlardan biriBuzluqmağarasıdır. 1137-ci ildə Gəncədə baş verən zəlzələ zamaı qaya ərazisində dağ uçmuş, Buzluq çayının qarşısı kəsilmişdir. Nəticədə buradaBuzluqmağarası yaranmışdır. Turistlər yayın qızmar günlərində həmin mağaradan çıxarılan buz laylarına heyrətlə tamaşa edirlər. Bu mağaranın yerli əhəmiyyətli abidə kimi qeydə alınması barədə Mədəniyyət Turizm Nazirliyinə edilən müraciət müsbət qarşılanmışdır. Bundan başqa, Buzluq çayı üzərində aşkar edilmiş iki tağlı körpü (el arasında bu körpüşeytan körpüsüadlandırılır) turist marşrutuna salınmışdır. Mədəniyyət turizm şöbəsində turist çadırları da var. Zəruri avadanlıqlarla təchiz edilmiş həmin çadırlar turistlərə istifadə etmək üçün pulsuz verilir.

Gözəl təbiəti, füsunkar mənzərəsi olan Aşağı Ağcakənddə fəaliyyət göstərənGülüstanistirahət mərkəzində olduq. Mənbəyini Murovdan götürən Qaraçayın sahil boyu yaradılmışGülüstanbu ərazidə yaradılmış onlarca istirahət mərkəzlərindən biridir. Eyni vaxtda 100 nəfər turistin dincəlməsi üçün hər cür şəraiti olan mərkəzdə 1-2-3 otaqdan ibarət 26 kottec var. Keçən il burada Türkiyədən, Estoniyadan, Rusiyadan, Qazaxıstandan digər respublikalardan xeyli turist dincəlmişdir.

Mərkəzin yerləşdiyi 2 hektara yaxın ərazidə yaşıllıq salınmış, çoxlu meyvə ağacları əkilmişdir. Yaşıllıqların arasında addımbaşı istirahət guşələri yaradılmışdır. Uşaqların əylənməsi normal istirahəti unudulmamışdır. Burada sauna, üzgüçülük hovuzu, stadion, 50 nəfərlik konfrans zalı fəaliyyət göstərir.

İstirahət mərkəzinin direktoru Oktay Mahmudov söhbət zamanı qeyd etdi ki, qiymətlər münasib olduğu üçün bu il istirahət mərkəzinə gələnlərin sayında artım gözlənilir. Bir neçə turistlə həmsöhbət olduq.

Bakıdan gəlib ailəvi dincələn Pərviz Həsənov: “Bir neçə dəfə burada olmuşam. Bu il qərara gəldim ki, ailə üzvlərimi gətirim. İndi onlarla birlikdə dincəlirik”.

Rusiya vətəndaşı Nataliya Nikolayeva: “Həyat yoldaşımla ilk dəfədir ki, burada istirahət edirik. Gələn il bura gəlməyi planlaşdırmışıq. Milli xörəkləriniz bizi məftun edib”.

İkinci dəfə burada dincələn Rusiya vətəndaşı Kifayət Hüseynova: “Buraları o qədər tərifləmişəm ki, yoldaşlarım da bura gəlməyi qərara aldılar. İndi 10 nəfər yoldaşımla buradayıq. Onlar da istirahətlərindən çox razıdırlar”.

Goranboy rayonunun dağlıq ərazilərində yerləşən yaşayış məntəqələrində kənd turizmi tədricən inkişaf edir. Aşağı Ağcakənd qəsəbəsinə ona yaxın Meşəli kəndinə gələnlərin sayı ildən-ilə artır. Aşağı Ağcakənd qəsəbəsinin sakinləri əsasən əkinçilik heyvandarlıqla məşğul olurlar. Son vaxtlar yay aylarında onlar turistlərin qəbulu istirahətlərinin yüksək səviyyədə təşkili üçün öz evlərində hər cür şərait yaratmağa meyil göstərirlər. Qəsəbə sakini Sahib Kərimov deyir ki, hər il yay mövsümündə iki otağını kirayəyə verir. Bu, ailəsi üçün əlavə gəlir deməkdir. Evində qalan turistlərin istəyinə uyğun olaraq onları qatıq, süd, bal, quş əti ilə təmin edir.

 

Sabir ƏLİYEV,

 

Azərbaycan.- 2017.-29 iyul.- S.4.