“Jara-2017”: Sofiya Rotaru festivala
xüsusi hərarət
gətirib
Beynəlxalq Musiqi Festivalının ikinci günü görkəmli
müğənni Sofiya
Rotarunun yubileyinə həsr edilib.
Festivalın fəxri qonaqları sırasında
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub
İyulun 28-də “Sea Breeze” istirahət
mərkəzində “Jara-2017” Beynəlxalq Musiqi Festivalının ikinci gününün konserti
start götürüb. Konsertdən əvvəl
müğənnilər qırmızı
xalı üzərindən
keçərək jurnalistlərin
suallarını cavablandırıb,
festivalın ilk günü
ilə bağlı təəssüratlarını bölüşüblər.
AZƏRTAC xəbər
verir ki, festivalın ikinci günü SSRİ Xalq Artisti Sofiya Rotarunun yubileyinə həsr olunması “Jara”nın hərarətini
daha da artırıb.
Bakıya ən çox
sevilən mahnıları
ilə gələn ukraynalı müğənni
tamaşaçıları Azərbaycan dilində salamlayıb və ilk olaraq məşhur “Çervona ruta” mahnısını oxuyub.
O, yubiley gecəsinin Bakıda, bu qonaqpərvər şəhərdə keçirilməsindən
çox məmnun olduğunu bildirərək
deyib ki, artıq səhnəyə
çıxmasının 45 ili tamam
olur. Yaşına gəldikdə isə,
tamaşaçı alqışı
ona yeni ruh verir.
Daha sonra Sofiya Rotaru
bacısı Aureliya ilə birlikdə “Melanxoliye” mahnısını
səsləndirib.
Polad Bülbüloğlu
tamaşaçıları “Qorod moy Baku” mahnısı ilə salamlayaraq Sofiya Rotaruya yubileyi münasibətilə təbriklərini
çatdırıb, festivalın
müxtəlif xalqları
bir araya gətirdiyini, musiqinin sərhəd tanımadığını
vurğulayaraq, “Gəl,
ey səhər” mahnısını ifa edib.
Sonra Qlyukoza Sofiya Rotarunun “Luna, luna” mahnısını oxuyub. Konsert proqramını Potap və Nastya, Nastya Zadorojnaya, Valeriya, Àlekseyev, Ani Lorak, Artik & Asti, Slava, “Vremya i Steklo”, İrina
Dubtsova, Jasmin, Timur Rodrigez, MBAND qrupu, LOBODA, Lev Leşşenko
davam etdiriblər. Çoxsaylı tamaşaçılara məşhur müğənninin
repertuarından ən
populyar hitlər və onunla birgə ifalar təqdim olunub.
Sofiya Rotaru yenidən səhnəyə qalxaraq sevilən mahnılarını
səsləndirib və
Qriqori Lepslə duet oxuyub.
Konsert proqramı Sofiya Rotaru və EMİN-in dueti ilə davam edib. Onlar ötən
əsrin ən məşhur hitlərindən
biri olan “Lavanda” mahnısını
oxuyublar.
EMİN Sofiya
Rotaruya yubileyinin Bakıda qeyd olunmasına razılıq
verdiyinə görə
təşəkkürünü bildirib. Sofiya Rotaru dəvətə
görə minnətdarlığını
ifadə edərək
bu gecəni heç vaxt unutmayacağını deyib.
Yubiley tədbiri Sofiya Rotarunun EMİN-ə həsr
etdiyi “Tı samıy luçşiy” mahnısı və Azərbaycanı vəsf edən mahnı ilə yekunlaşıb.
Konsertin gedişində məşhur
müğənninin yaradıcılığı
ilə bağlı fikirlər səslənib,
oxuduğu mahnıların
bir neçə nəslin musiqi zövqünü formalaşdırdığı
vurğulanıb. “Jara”
festivalının Azərbaycanla
Rusiya arasında dostluq münasibətlərinin
möhkəmlənməsinə özünəməxsus töhfə
verdiyi xüsusi qeyd olunub.
Festivalın fəxri qonaqları sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olub.
Xatırladaq ki, iyulun 29-da festival çərçivəsində daha bir unudulmaz
gün yaşanacaq. “Jara”nın üçüncü
günü musiqisevərləri
dünyaca məşhur
estrada ulduzu Alla Puqaçova ilə maraqlı görüş gözləyir.
Həmin gün səhnəni Alla Puqaçova ilə birgə digər tanınmış ifaçılar
- Filip Kirkorov, A'Studio, LOBODA, EMİN, Valeri
Meladze, Ani Lorak, Dima Bilan,
Layma Vaykule, Kristina Orbakayte, Diana Arbenina, Aleksandr Panayotov, Slava, Aleksandr Revva, Vladimir Presnyakov, Fabrika, Albina Canabayeva, Maksim Qalkin, Qlyukoza, Alessandro Safina, Stas Mixaylov,
Oleq Qazmanov, Dmitri Malikov, Anjelika Aqurbaş, Darya Antonyuk və başqaları bölüşəcəklər.
Festival
iyulun 30-da Qriqori Lepsin yaradıcılıq gecəsi ilə başa çatacaq.
Azərbaycan.-
2017.- 29 iyul.- S.5.