Qlobal trendlərə uyğunlaşdırılan iqtisadi siyasət
“Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinin
daha da gücləndirilməsi
üçün atılan addımlar öz bəhrəsini verir
Siyasi sabitlik, iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı və mövcud çağırışların tələblərinə uyğun çevik iqtisadi islahat tədbirləri...
Bütün bunlar Azərbaycan iqtisadiyyatının dayanıqlılığını möhkəmləndirən amillərdir. Dünya iqtisadiyyatında getdikcə mürəkkəbləşən proseslərin fonunda Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və müdrik siyasət ölkəmizin iqtisadi tərəqqisinə, dünyada mövqeyinin möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına xidmət edir.
İxracın həcmi idxalın həcmini əhəmiyyətli
dərəcədə üstələyir
Ölkəmizin iqtisadi uğurlarının mühüm amillərindən birini məhz xarici iqtisadi əlaqələrin inkişafı, tədiyyə balansının müsbət saldosu təşkil edir. İxracın həcmi artıq neçə illərdir ki, idxalın həcmini əhəmiyyətli dərəcədə üstələyir. Ölkəmizdə ixracyönümlü istehsalın genişləndirilməsi istiqamətində görülən işlər ixracın strukturunun təkmilləşməsini təmin edib. Təkcə 2017-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 4,12 milyard dollar olub. İdxalın həcmi 1,51, ixracın həcmi isə 2,61 milyard dollar təşkil edib. Bu dövr ərzində Azərbaycan 150 ölkə ilə ticarət sahəsində qarşılıqlı əməkdaşlıq edib və xarici ticarət saldosu müsbət 1,2 milyard dollar olub.
Bu gün Azərbaycanda iqtisadi inkişaf strategiyası modernləşmə xəttinə əsaslanmaqla tam innovativ yönümdə həyata keçirilir. Ölkənin davamlı inkişafını təmin etmək məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli islahatların mühüm istiqamətlərindən biri də qeyri-neft məhsulları ixracının artırılması, yeni bazarlara çıxışının təmin olunmasıdır. Bu gün qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, ixrac məhsullarının çeşidinin və həcminin artırılması, eləcə də ixrac coğrafiyasının genişləndirilməsi prioritet istiqamətlərdəndir. Dövlət başçısının dünyadakı yeni iqtisadi islahatlar paketi çərçivəsində ötən ilin sonlarından etibarən ixracın təşviqi ilə bağlı bir sıra addımlar atılıb və bu tədbirlər 2017-ci ildə də davam etdirilir.
Uğurla reallaşan islahatların prioritetlərindən biri isə ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendi altında qeyri-neft məhsullarının istehsalının və xarici ölkələrə satılmasının təşviqidir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların xarici bazarlarda “Made in Azerbaijan” brendi altında təşviqi istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən kompleks tədbirlər görülməkdədir. Xatırladaq ki, Prezident İlham Əliyevin “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 18 yanvar 2016-cı il tarixli sərəncamına əsasən bu sahədə qarşıya qoyulan vəzifələrdən biri “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi idi.
Ötən il oktyabrın 5-də isə Prezident İlham Əliyev “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. Fərmanla yerli məhsulların xarici bazarlara çıxarılması işinin təşkili, bazarların araşdırılması, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə çəkilən xərclərin dövlət hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi qaydası, həmçinin Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı görülmüş işlər barədə hesabat forması təsdiq edilib.
Dünya bazarlarında Azərbaycanın ixrac
məhsullarının çeşidləri çoxalır
İyulun 25-də İqtisadiyyat Nazirliyində keçirilən geniş kollegiya iclasında nazir Şahin Mustafayev ixracın təşviqi və dünya bazarlarına çıxışı, eləcə də xarici ölkələrdə açılan Azərbaycan Ticarət evlərinin faəliyyəti ilə bağlı geniş məlumat verib. Nazir bildirib ki, artıq “Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı Honq Konq da daxil olmaqla Çinə, Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana, Pakistana, Qətərə, Qazaxıstana 8 ixrac missiyası həyata keçirilib. İxrac missiyalarının nəticəsi olaraq çay və narın Almaniyaya, nar şirəsinin İsveçə ixracı, Qətərdə park mebelinin təşviqi, distribyusiyası və satışına dair müqavilə imzalanıb, Əfqanıstana quru süd, mebel və süd məhsullarının, nar şirəsi, qənnadı məhsulları, fitinq və polietilen borular, metal konstruksiyaları və digər tikinti materiallarının, Qətərə ət, nar şirəsi və Naftalan neftindən kosmetoloji və tibbi məhsulların ixracı, Qazaxıstana kosmetoloji, tibbi məhsullar, meyvənın ixracına dair ilkin razılaşmalar əldə edilib. Pakistana isə mebel, pambıq çiyidi, nar, şokolad məhsulları, konservləşdirilmiş pomidor, göbələk üzrə sifarişlər qəbul olunub. Bununla yanaşı, Pakistanda tikiləcək 71 kilometrlik qaz boru kəmərinin layihəsi üçün tenderdə (boruların təchizatı) Azərbaycan və Pakistan şirkətlərinin birgə iştirakı barədə ilkin razılaşmalar əldə edilib.
Qeyd edək ki, indiyədək təşkil edilmiş ixrac mıssiyalarının nəticəsi olaraq Çinə şərab, Birləşmiş Ərəb Əmirliklərinə, Səudiyyə Ərəbistanına, Oman və Malayziyaya alma və nar şirəsi, Qazaxıstana sənaye boyası göndərilirdi. Hazırda Astanada Azərbaycan şərab ticarət evinin yaradılması barədə Qazaxıstandakı azərbaycanlı iş adamları ilə danışıqlar aparılır.
Həm Avropa, həm də Asiyada məşhurlaşan
“Made in Azerbaijan” brendi
Azərbaycan şirkətlərinin
vahid ölkə stendi ilə iştirakı məqsədilə
görülmüş işlərin
nəticəsi olaraq Dubayda keçirilən “Gulfood” beynəlxalq ərzaq sərgisində
“Made in Azerbaijan” vahid ölkə
stendində 24 şirkətin
məhsulları sərgilənib.
Dubaya diri qoyun və
ət ixracına dair 2 müqavilə imzalanıb, İspaniyaya fındıq ixracı üzrə sifariş qəbul edilib.
Eyni zamanda, Birləşmiş Ərəb
Əmirliklərində fəaliyyət
göstərən iri
marketlər şəbəkəsində
Azərbaycan məhsullarının
satışı ilə
bağlı razılaşmalar,
eləcə də Küveytə meyvə-tərəvəz
və nar şirəsinin, Misir, Əfqanıstan və Səudiyyə Ərəbistanına
fındıq, Dubaya çay, bal və quru süd, Səudiyyə Ərəbistanına
ət ixracına dair ilkin razılaşmalar
əldə olunub. Bu ilin martında Almaniyanın Düsseldorf şəhərində
keçirilən “Prowein”
beynəlxalq şərab
sərgisində “Made in Azerbaijan” vahid ölkə stendi ilə 9 şirkətin iştirakı
təmin olunub, Azərbaycan şərablarının
Litvaya və növbəti mərhələlərdə
digər Baltikyanı ölkələrə ixracı
barədə razılıq
əldə edilib.
İxrac təşviqindən
istifadə edən ixracatçılar məhsullarını
əsasən Rusiya,
ABŞ, Çin, Belarus, Gürcüstan,
Ukrayna, Latviya, Almaniya, Türkiyə, Polşa, Qazaxıstan, İraq, Yunanıstan, Malayziya, Kanada, Moldova, Rumıniya və Fransa bazarlarına ixrac etmişlər. 2017-ci
ildə ödənilən
ixrac təşviqinin
70,2 faizi üzüm şərabları
və digər spirtli içkilər, 14,6
faizi konserv məhsulları, şirələr,
mürəbbələr və
s. təşkil edir. Bununla yanaşı, sahibkarlardan daxil olmuş müraciətlər və
aparılmış təhlillər
nəzərə alınmaqla
təşviqin ödənilməsi
mexanizminin təkmilləşdirilməsi,
bir sıra məhsulların ixrac təşviqi ödənilən
məhsulların siyahısına
daxil edilməsi istiqamətində işlər
aparılır.
Ticarət evlərinin
və ticarət nümayəndələrinin fəaliyyəti
böyük imkanlar açır
Artıq dünyada şöhrət
qazanan “Made in Azerbaijan” brendinin
xarici bazarlarda təşviqinin daha da gücləndirilməsi
üçün praktik
addımlar atılır. Azərbaycan xarici
ölkələrdə ticarət
evləri yaradır və ticarət nümayəndələri təyin
edir.
İxrac bazarlarında ölkəmizin
və yerli ixracatçıların iqtisadi-ticarət
maraqlarının daha
dolğun qorunması və təmsil edilməsi üçün
Rusiya Federasiyasında,
Çin Xalq Respublikasında, Birləşmiş
Ərəb Əmirliklərində
ticarət nümayəndələri
təyin edilib. Azərbaycanın ixracyönümlü məhsullarının
xarici bazarlarda təşviqi məqsədilə
Belarusda Azərbaycan Ticarət Evi açılıb, Ukraynada
bu istiqamətdə işlər davam etdirilir.
Aprel ayında Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika
müşavirəsində bu
məsələyə toxunan
Prezident İlham Əliyev Azərbaycanın
bir çox ölkələrdə ticarət
evləri açacağını
söyləmişdi. Dövlət
başçısı qeyd
etmişdi ki, ticarət evləri həm ölkəmizi təbliğ edəcək,
həm də ixracatçılar üçün
yeni imkanlar açacaq: “Bununla bərabər, Asiya qitəsinin böyük ölkələrində mütləq
ticarət evlərimiz
olmalıdır. İndi Körfəz
ölkələrində bizim
məhsullarımıza böyük
maraq göstərilir.
Əslində, bu marağın
da mənbəyi bizim fəaliyyətimizdir.
Çünki son vaxtlar biz Körfəz
ölkələri ilə,
o cümlədən bu
istiqamətdə çox
işgüzar əməkdaşlıq
qura bilmişik və oraya Azərbaycan
məhsullarının çıxarılmasına
nail olmuşuq. Bizim xüsusilə
kənd təsərrüfatı
məhsullarımıza o ölkələrdə
böyük maraq var və Körfəz
ölkələrinin istehlak
bazarı kifayət qədər böyükdür.
Onlar bizdə istehsal edilən və ixrac olunan malların
bir çoxunu xaricdən, başqa ölkələrdən gətirirlər,
idxal edirlər. Ona görə biz bu bazarlara fəal girməliyik. Bunun üçün
də Körfəz ölkələrində mütləq
ticarət evləri yaradılmalıdır”.
Xatırladaq ki, bu ilin yanvar
ayının 26-da dövlət
başçısı xarici
ölkələrdə Azərbaycanın
və yerli ixracatçıların iqtisadi-ticarət
maraqlarının daha
dolğun qorunması və təmsil edilməsi, yerli məhsulların xarici ölkələrin bazarlarına
çıxışının genişləndirilməsi, ixracın
stimullaşdırılması ilə bağlı tədbirlərin tətbiqində
səmərəliliyin, təsərrüfat
subyektləri arasında
işgüzar əlaqələrin
qurulmasında çevikliyin
artırılması məqsədilə
xarici ölkələrdə
fəaliyyət göstərən
səfirlik və konsulluqlarımızda ticarət
nümayəndələrinin təyin edilməsi haqqında fərman imzalayıb. Hər hansısa bir
ölkəyə təyin
olunan ticarət nümayəndəsi həmin
ölkə ilə Azərbaycanın iqtisadi-ticarət
əlaqələrinin genişləndirilməsi
və iqtisadi maraqlarının qorunması,
ölkəmizin mallarının
və xidmətlərinin
ixracının artırılması,
respublikamızın biznes
mühitinin, investisiya
imkanlarının təbliği
istiqamətində tədbirlər
görür.
Xarici KİV-də
Azərbaycan məhsulları
reklam edilir
İxracın təşviq edilməsi sahəsində dövlət
başçısının imzaladığı fərman
və sərəncamlar
Azərbaycanın həm
iqtisadi inkişafında,
həm də xarici iqtisadi əlaqələrinin genişləndirilməsində
yeni mərhələnin
başlanğıcını qoyub. Artıq Azərbaycan məhsullarının
təbliği üçün
xarici KİV-də reklamların yerləşdirilməsi
istiqamətində də
vacib işlər görülür. Azərbaycan şirələri
barədə videoçarxın
hazırlanması ilə
bağlı işlər
başa çatmaq üzrədir. Bundan başqa,
“Azərbaycan meyvə
və tərəvəzləri”
ilə bağlı videoçarxın hazırlanmasına
başlanılıb. Videoçarxın sentyabr və oktyabr aylarında Rusiyanın bir sıra aparıcı
federal televiziya kanallarında
yerləşdirilməsi nəzərdə
tutulur.
Bütün bunlar Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan Azərbaycanın sosial-iqtisadi
sahədəki uğurlarının
ardıcıl xarakter daşıdığını göstərir. İxracın təşviqi ilə
bağlı həyata
keçirilən layihələr
qeyri-neft ixracının
artmasına, xarici ticarətin coğrafiyasının
genişlənməsinə, Azərbaycan məhsullarının
yeni bazarlara çıxarılmasına yaxşı
imkanlar açıb.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-
2017.-30 iyul.- S.1; 3.