Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 12 noyabr tarixli 648 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının
Prezidenti yanında Strateji
Araşdırmalar Mərkəzinin Nizamnaməsi”ndə dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 noyabr tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Nizamnaməsi”ni “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 noyabr tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 11, maddə 1096) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci hissədə “elmi tədqiqat təşkilatıdır” sözləri “elmi təşkilatdır” sözləri ilə əvəz edilsin.
2. 8.12-ci bənddə “ekspertizasını” sözü “tədqiqatını” sözü ilə əvəz edilsin.
3. 9.1-ci bənddə “müxtəlif akademik institutlarda, universitetlərdə və digər elmi mərkəzlərdə” sözləri “elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində, təsis sənədlərində elmi fəaliyyət nəzərdə tutulan ictimai birliklərdə və digər hüquqi şəxslərdə” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 iyul
2017-ci il
Azərbaycan.-
2017.-30 iyul.- S.2.