Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasında
dövlət əmlakının özəlləşdirilməsinin
II Dövlət Proqramı”nda dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nı “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8, III kitab, maddə 606; 2001, ¹ 10, maddə 640; 2002, ¹ 4 (II kitab), maddə 189, ¹ 10, maddə 592; 2003, ¹ 10, maddələr 566, 569; 2004, ¹ 6, maddə 432; 2005, ¹ 5, maddələr 400, 403, 405; 2006, ¹ 7, maddə 590, ¹ 8, maddə 678, ¹ 9, maddə 742; 2007, ¹ 11, maddə 1097, ¹ 12, maddə 1246; 2008, ¹ 7, maddə 613; 2009, ¹ 3, maddə 163, ¹ 10, maddə 788, ¹ 12, maddə 990; 2010, ¹ 6, maddə 498, ¹ 7, maddə 610; 2016, ¹ 3, maddə 438) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 2.2.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.2.5. Dövlət elmi müəssisələri.”.
2. 2.2.24-cü yarımbənd ləğv edilsin.
3. 16.4-cü bənddə “Təsərrüfat hesablı elmi-tədqiqat, layihə-axtarış müəssisələrinin” sözləri “Dövlət elmi müəssisələrinin” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 iyul
2017-ci il
Azərbaycan.-
2017.-30 iyul.- S.2.