Anita Tsoy: “Jara”
insanları və xalqları bir-birinə
yaxınlaşdırır”
“Jara” festivalına məxsusi hazırlaşmışam. Festivalın başlamasına
hələ on gün qalmış sosial şəbəkədə bu
möhtəşəm musiqi
bayramı ilə bağlı fikirlərimi paylaşmışam. “Jara” mənim səbirsizliklə gözlədiyim
festivaldır.
Bu fikirləri
AZƏRTAC-a müsahibəsində “Jara” festivalının iştirakçısı, Rusiyanın
Əməkdar Artisti
Anita Tsoy səsləndirib.
Bakıda əvvəllər
də bir neçə dəfə olduğunu qeyd edən qonaq ölkəmiz və onun sakinləri barədə təəssüratlarını
bölüşüb: “Azərbaycanlılar
səmimi, qonaqpərvər,
eyni zamanda, təəssübkeşdirlər. Hiss olunur ki, burada
insanlar çətin anda bir-birinə kömək etməyə hazırdır. Bu isə çox yaxşı keyfiyyətdir”.
“Jara” festivalının insanları
və xalqları bir-birinə daha da yaxınlaşdırdığını,
ölkələrimiz arasında
dostluq münasibətlərinin
möhkəmlənməsinə özünəməxsus töhfə
verdiyini vurğulayan müğənni təşkilatçılara
dərin minnətdarlığını
bildirib. Qeyd edib ki, bu
möhtəşəm musiqi
bayramının yaratdığı pozitiv
əhvali-ruhiyyə və xoş təəssürat
yaddaşlardan uzun
müddət silinməyəcək.
Azərbaycan.-
2017.- 30 iyul.- S.5.