PotapNastya: Bakıda özümüzü doğma evimizdəki kimi hiss edirik

 

Azərbaycan xalqı olduqca qonaqpərvərdir. Bakıda özümüzü doğma evimizdəki kimi hiss edirik.

Ümidvarıq ki, festival gələn il də keçiriləcək və biz qonaqpərvər Bakı sakinləri ilə yenidən görüşəcəyik.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Jara” festivalının iştirakçıları, tanınmış ifaçılar PotapNastya deyiblər.

Bakı tamaşaçılarında yüksək musiqi duyumu olduğunu vurğulayan müğənnilər Azərbaycan folkloru və mətbəxi ilə bağlı təəssüratlarını da bölüşüblər: “Sizin sevgi haqqında mahnılarınızı uşaq vaxtlarımızdan əzbərləmişik. Azərbaycanda çoxlu dostlarımız var. Məşhur “Bakılı oğlanlar”ın “KVN”dəki çıxışlarını hələ də unutmamışıq. İnsanlarınız çox mehriban və istiqanlıdır. Bizi tez-tez qonaqlıqlara dəvət edirlər. Yeməkləriniz olduqca dadlıdır”.

Jara” xalqları, insanları dostluğa səsləyən festivaldır. Bizimarzumuz odur ki, qoy dostluq, qardaşlıq zəfər çalsın”, - deyə PotapNastya bildiriblər .

 

Azərbaycan.- 2017.- 30 iyul.- S.5.