Qlyukoza: “Jara” Azərbaycan-Rusiya dostluğunun tərənnümüdür”
“Jara” əsl musiqi bayramıdır. Bu festivalda
iştirak etdiyim üçün çox məmnunam. Bakıda, Xəzərin ecazkar
sahilində, “Sea Breeze” istirahət
mərkəzi kimi gözəl məkanda təşkil olunan “Jara” bu günədək
iştirak etdiyim festivallar arasında öz möhtəşəmliyi
ilə seçilir.
Musiqi sərhəd tanımır.
Biz öz ifamızla
insanları sülhə
səsləyirik. Bu fikirləri AZƏRTAC-a müsahibəsində
“Jara” festivalının
iştirakçısı, Rusiyanın tanınmış
müğənnisi Qlyukoza
bildirib.
“Jara” Azərbaycan-Rusiya dostluğunun
tərənnümüdür”, - deyə vurğulayan Qlyukoza festivalın bu baxımdan əhəmiyyətini yüksək
dəyərləndirib. Qeyd edib ki, Bakıya
dünyaca məşhur
estrada ulduzları
toplaşıb. Belə gözəl
musiqi axşamları yerli və xarici
qonaqlara, böyük tamaşaçı auditoriyasına
xoş anlar, hədsiz sevinc yaşadır.
Müğənni Bakı
haqqında da heyranlıqla danışır:
“Bu dəfə təyyarəmiz
Heydər Əliyev Beynəlxalq Aeroportuna enəndə Bakını
tanımadım. Şəhəriniz gündən-günə çiçəklənir”.
Azərbaycan.- 2017.- 30 iyul.- S.5.