“Jara-2017”də Alla Puqaçova gecəsi
Beynəlxalq Musiqi Festivalının dünya
şöhrətli müğənni
Alla Puqaçovaya həsr edilmiş musiqi gecəsinin fəxri qonaqları sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub
İyulun 29-da “Sea
Breeze” istirahət mərkəzində
daha bir unudulmaz gün yaşanıb. Dünya şöhrətli müğənni,
rus estradasının primadonnası, SSRİ Xalq
Artisti, Rusiya Federasiyası Dövlət
Mükafatı laureatı
Alla Puqaçovanın
yaradıcılıq gecəsi
gözəl və sürpriz ifalarla zəngin olub.
AZƏRTAC xəbər
verir ki, “Jara-2017” Beynəlxalq Musiqi Festivalı çərçivəsində
təşkil edilən
konsert proqramı İnna Malikova və Aleksandr Revvanın dueti ilə başlayıb.
Oleq Qazmanov, Ani Lorak, Filip
Kirkorov, Kristina Orbakayte,
Stas Mixaylov, Anjelika Aqurbaş, “Fabrika”, Jasmin, Dima Bilan, Valeri
Meladze, Qlyukoza, LOBODA, Layma Vaykule, Aleksandr Panayatov və başqaları Alla Puqaçovanın repertuarından sevilən mahnıları səsləndiriblər.
EMİN A'Studio qrupu ilə birlikdə oxuyub.
Azərbaycanın zəngin mədəniyyətə
malik ölkə olduğunu, builki festivalın çox möhtəşəm keçdiyini
vurğulayan Filip Kirkorov “Na nebe” mahnısını ilk dəfə
olaraq Bakı tamaşaçıları qarşısında
ifa edib.
Stas Mixaylov bu məkana çox gözəl, xeyirxah insanların toplaşdığını qeyd
edib, “Jara”nın
ənənəyə çevrilməsini
arzulayıb və bu festivalda hər
il məmnuniyyətlə
iştirak etməyə
hazır olduğunu bildirib.
Aparıcı Azərbaycan musiqi sənətindən, bu sənətə bəslənilən
ciddi münasibətdən
danışıb, bu torpaqda Müslüm Maqomayev, Polad Bülbüloğlu kimi sənətkarlar yetişdiyini
vurğulayıb.
Dima Bilan Bakıya, onun gözəl insanlarına qibtə etdiyini bildirib və azərbaycanlı Nigar Camalla duet oxuyub.
Sonra səhnəyə Albina Canabayeva, Alessandro Safina çıxıblar. Emiliya Yaqubova Alla Puqaçovanın repertuarından
“Starinnıye çaşı”
mahnısını ifa
edib. EMİN ilə
uzun illərdir dostluq etdiyini, “Jara”nın dünya
səviyyəsində təşkil
edildiyini deyən
Vladimir Vinokur görkəmli
müğənninin çox
sevilən mahnılarından
birini səsləndirib.
Maksim Qalkin Alla Puqaçovanın
məşhur “Arlekino”
mahnısını ifa
edərək yüksək
qonaqpərvərliyə, bu
möhtəşəm tədbirə
və gecəyə görə təşkilatçılara
təşəkkürünü bildirib, hər dəfə Bakıya böyük həvəslə
gəldiklərini deyib.
Daha sonra səhnəyə çıxan EMİN və
Qriqori Leps Müslüm Maqomayevin repertuarından “Every night, every day” mahnısını oxuyublar. EMİN hər kəsi oktyabrın 25-də Moskvada
“Crocus City Hall”da Müslüm
Maqomayevin 75 illik yubileyinə həsr olunacaq tədbirə dəvət edib.
EMİN festivalın
təşkilinə göstərdikləri
dəstəyə görə
Azərbaycan Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, eləcə də bütün təşkilatçılara
və iştirakçılara
minnətdarlığını bildirib.
Nəhayət, tamaşaçıların
səbirsizliklə gözlədikləri
an: hərarətli alqışlar
altında səhnəyə
qədəm qoyan Alla Puqaçova “Prosto”, “Ptitsa pevçaya”, “Xoçetsya”,
“Sçastlivıye dni”
və digər mahnılarını ifa edib, habelə Maksim Qalkinlə birgə “Eto lyubov” mahnısını oxuyub.
Gecə iştirakçıların birlikdə
ifa etdikləri “Pod odnim flaqom” mahnısı
və atəşfəşanlıqla
yekunlaşıb.
Alla Puqaçova “Jara”nı gözəl
ölkədə gözəl
festival adlandırıb.
Görkəmli müğənni Alla Puqaçovaya həsr edilmiş musiqi gecəsinin fəxri qonaqları sırasında
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olub.
Azərbaycan.-
2017.- 30 iyul.- S.5.