Azərbaycanla Mərakeş arasında əməkdaşlıq əlaqələri genişlənir

 

İslam Həmrəyliyi ili - 2017

 

Qədim və zəngin mədəniyyətə malik olan Mərakeş bu gün Afrikanın ən çox inkişaf edən ölkələrindən olmaqla yanaşı, İslam dünyasının da mühüm subyektlərindən biridir. Ölkə əhalisi hər il iyulun 30-nu başlıca milli bayram - Taxt-Tac Günü kimi qeyd edir. Həmin gün eyni zamanda Kral VI Məhəmmədin taxta çıxmasının növbəti ildönümübayram edilir.

Ölkədə XVI əsrdən bəri hakimiyyətdə olan Ələvilər sülaləsinin nümayəndəsi Kral VI Məhəmməd Mərakeş tarixində xüsusi şəxsiyyətdir, ölkənin ictimai-siyasi sisteminin başlıca təsisatçısı olmaqla yanaşı, həm də böyük nüfuz və hörmət sahibidir. Məhəmməd Peyğəmbərin bilavasitə nəslindən olan Mərakeş Kralı dünyəvi hakimiyyətlə yanaşı, həm də ali dini hakimiyyətə də malikdir və “Əmir əl-Möminin” titulunu daşıyır. Əsas Qanuna görə, kral ölkənin müstəqilliyinin və bütövlüyünün, həmçinin öz vətəndaşlarının şəxsi azadlığının təminatçısı kimi çıxış edir.

Afrikanın şimal-qərbində yerləşən Mərakeş Krallığı həm Afrikada, həm də beynəlxalq münasibətlər sistemində mühüm strateji əhəmiyyət kəsb edir. Ölkənin adı ərəbcə “Tanrı ölkəsi” mənasını verir. Əhali isə öz ölkəsini “Əl-Məğrib” adlandırır. Son əsrlər ərzində böyük dövlətlərin hərbi müdaxiləsinə məruz qalan Mərakeş 1901-ci ildə Fransa tərəfindən işğal edilsə də, 1956-cı ildə öz istiqlaliyyətini bərpa etmiş, 1976-cı ildə isə Qərbi Saxaranı İspaniyadan geri almışdır.

XXI əsrin əvvəlləri bir sıra ərəb ölkələri üçün təlatümlü olsa da, sosial-iqtisadi sahədə Mərakeş üçün islahatlar və tərəqqi dövrü oldu. Ərazisinə görə MisirSudandan sonra üçüncü böyük ərəb dövləti olan Mərakeş xalq təsərrüfatının inkişaf etdirilməsi üçün əlverişli şəraitə malikdir. Ölkə varlı olmasa da, tədrici iqtisadi artım və sabitliklə xarakterizə olunur. Maraqlıdır ki, bütün dünya iqtisadiyyatı qlobal böhranın təsirinə məruz qaldığı bir dövrdə bu cür artım kənd təsərrüfatı sahəsində 26 faizə bərabər idi. Əlverişli hava şəraiti ilə əldə edilmiş bu yüksəliş xalq təsərrüfatının digər sahələrindəki tənəzzülün yerini doldurmuşdu.

Ölkənin ümumi təsərrüfat şəraitinin inkişafında kənd təsərrüfatı mühüm rol oynayır. Torpaqları münbit, təbiəti gözəl olduğundan bu sahə də çox inkişaf edib. Ümummilli məhsulun həcmində onun payı 15 faizə çatır. Ölkə əhalisinin 40 faizi kənd təsərrüfatı sahəsində çalışır.

Ölkə həyatında sənaye və xidmət sahələrində də tədrici canlanma müşahidə olunur. Dağ-mədən sənayesi başlıca olaraq fosfat emalı ilə təmsil olunur. Dünyada mövcud olan 50 milyard ton fosfat ehtiyatının 21 milyard tonu Mərakeşin payına düşür. Fosfat xammalı, fosfor turşusu gübrə ixracı ölkənin mühüm gəlir mənbələri hesab olunur.

Mərakeşin iqtisadi inkişafı hökumətin 2006-cı ildə işləyib hazırladığı plana əsasən müəyyən olunmuşdur. Nəticədə keçən müddət ərzində yarım milyondan çox yeni yeri açılmışdır. Bu plana əsasən ölkə sənaye bazasının inkişafı həm ənənəvi sənaye sahələrində (kimya, toxuculuq, yeyinti), həm ölkə üçün yeni sahələrdə (avtomobilqayırma, elektrik malları aviasiya texnikası üçün ehtiyat hissələri, tullantıların yığılaraq təmizlənməsi, telekommunikasiya informasiya texnologiyaları) rəqabət qabiliyyətinin yüksəldilməsi kursunu götürmüşdür. Təsadüfi deyil ki, bu məqsədlərə yetişmək üçün dövlət fəal investisiya siyasəti həyata keçirir.

Ölkədə xalq təsərrüfatının ən perspektivli sahələrindən biri maşınqayırmadır. Hökumət bu sahədə məşğul olan müəssisələrə vergi güzəştləri vasitəsilə dəstək verir, bürokratik maneələri aradan qaldırır, həmçinin ölkə ərazisində xarici kampaniya zavodlarının tikintisi üçün əlverişli şərait yaradır.

Eyni zamanda hökumət xərclərinin əhəmiyyətli hissəsi ölkənin içməli su ilə təmin edilməsi ilə əlaqədar işlərə ayrılır. Bu hal məğrib ölkələri üçün xarakterik haldır. Afrikada külək enerjisindən daha çox Mərakeşdə istifadə olunur. Tanjer şəhəri yaxınlığında yaradılmış elektrik enerjisi hasil etməyə imkan verən qurğular buna misal ola bilər.

Son illər Mərakeş iqtisadiyyatı yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur. İnfrastruktur sahələrdə xeyli sayda iri layihələrin həyata keçirilməsi tikintidə canlanma yaratmışdır. Mənzil fondu obyektlərinin inşası daha sürətlə gedir.

Ölkənin valyuta gəlirlərinin bir hissəsi Mərakeş üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən xarici ticarət sahəsindən əldə olunur. Ümumi daxili məhsulda xarici ticarətin payı 43 faiz təşkil edir. Bu da ölkə iqtisadiyyatının xarici bazara meyillənmə dərəcəsini əks etdirir.

Son illər ölkənin daxili-siyasi həyatında dövlət rəhbərliyinin həyata keçirdiyi bütöv bir silsilə tədbirlər əhalinin müxtəlif təbəqələri tərəfindən müsbət qarşılanmışdır. Mərakeşdə çoxpartiyalı sistem fəaliyyət göstərir. Hələ 1962-ci ildə qəbul edilmiş konstitusiyaya əsasən parlamentin səlahiyyətləri müəyyən dərəcədə genişləndirilmiş seçicilərə ölkənin siyasi həyatında daha fəal iştirak etmək imkanı verilmişdir.

Mövcud qanunlara əsasən kral ölkənin dini siyasi lideridir, həmçinin dövlətin möhkəmliyinin fəaliyyətinin təminatçısıdır. Xarici siyasətin bütün əsas məsələləri kral tərəfindən müəyyən olunur. Mərakeşin xarici siyasətinin əsas istiqamətləri bir çox amillərlə əlaqədardır: Qərbi Saxara ərazisi məsələsi, Mərakeşi Avropa bazarına çıxarmaq səyləri Avropa İttifaqına üzvlük vasitəsilə öz mövqelərini möhkəmləndirmək istəyi, qarşılıqlı ittihamlar ərazi iddiaları səbəbindən Məğrib ölkələri ilə (Mərakeşlə yanaşı Mavritaniya, Qərbi Saxara, Əlcəzair, Tunis Liviyanın daxil olduğu Şimali Afrika Dövlətləri Birliyi) yaşanan mürəkkəb qarşılıqlı münasibətlər, ölkənin strateji cəhətdən mühüm ərazilərinin hərbi bazalara verilməsi yolu ilə ABŞ ilə davamlı əməkdaşlıq NATO hərbi blokuna dəstək verilməsi, avropalı qonşularla - Fransa İspaniya ilə əlverişli ticarət-sənaye qarşılıqlı investisiya münasibətlərinin saxlanılması.

Mərakeşin xarici siyasət sahəsində Azərbaycanla münasibətləri siyasi, iqtisadi-ticarət mədəni sahələri əhatə edir. Bu krallıq Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il dekabrın 30-da tanımışdır. İki dövlət arasında diplomatik əlaqələr isə 1992-ci il avqustun 25-də yaradılmışdır.

Dövlətlər arasında yüksəksəviyyəli əlaqələrin əsası 1994-cü ildə qoyulmuşdur. Ulu öndər Heydər Əliyev həmin ilin dekabrında Kasablankada keçirilən İKT- üzv ölkələrin dövlət hökumət başçılarının 7-ci zirvə görüşündə iştirak edən zaman Kral II Həsənlə görüşmüşdü.

2006-cı ildən etibarən hökumət üzvlərinin qarşılıqlı səfərləri müntəzəm xarakter aldı. Buna parlament nümayəndələrinin qarşılıqlı səfərlərini əlavə etmək olar. Artıq Azərbaycan-Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupu da fəaliyyət göstərir. Qarşılıqlı münasibətlər ədliyyə, fövqəladə hallar, təhsil digər sahələri əhatə edir.

Mərakeş Azərbaycanın ərazi bütövlüyünü BMT səviyyəsində dəstəkləyən dost ölkələrdən biridir. Beynəlxalq təşkilatların, forumların prosesi zamanı əlaqələr qurulması, bir-birinə qarşılıqlı dəstək verilməsi iki ölkə arasında münasibətləri daha da yaxşılaşdırmışdır.

Azərbaycan-Mərakeş hökumətləri arasında ikitərəfli əməkdaşlıq üzrə birgə komissiya fəaliyyət göstərir.

Digər tərəfdən, vizasız gediş-gəliş haqqında sazişin imzalanması mədəni əlaqələrin inkişafına müsbət təsir göstərmişdir. Bu, özünü xüsusilə incəsənət, turizm, idman sahələrində daha qabarıq təzahür etdirmişdir. Mərakeş Krallığının ölkəmizdəki səfiri Məhəmməd Adil Ambarş iki ölkə arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu vurğulamaqla yanaşı, əməkdaşlıq üçün potensial imkanların böyük olduğunu da qeyd etmişdi. Enerji, turizm sahələrində xeyli birgə layihələr reallaşdırmaq olar. Hər il milyonlarla xarici turist qəbul edən Mərakeşin bu sahədəki təcrübəsindən Azərbaycan faydalana bilər.

Azərbaycanın son illər mötəbər beynəlxalq tədbirlərə evsahibliyi etməsi bütün dünyada olduğu kimi, Mərakeşdə maraqla qarşılanmışdır. Təsadüfi deyil ki, bu il IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçirilməsi Azərbaycanı Mərakeşdə daha çox tanıtmışdır. Azərbaycan kimi, Mərakeş Şərq Qərb mədəniyyətlərinin kəsişdiyi bir regionda yerləşir. Hər iki dövləti birləşdirən ən mühüm cəhətlərdən biri onların tolerant ölkələr olmasıdır.

Mərakeş son illər sosial-iqtisadi sahədə bir sıra nəzərəçarpacaq uğurlara imza atmışdır. Ölkə həyatının müxtəlif sahələrində modernizasiya prosesi davam edir. Burada tədrici liberallaşdırma demokratikləşdirmə xəttinin ardıcıllıqla davam etdirilməsi iqtisadi inkişaf üçün möhkəm zəmin yaradır.

 

Atamoğlan MƏMMƏDLİ,

BDU-nun dosenti

 

Azərbaycan.- 2017.-30 iyul.- S.4.