Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Cənab Prezident.
Dost Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və bütün xalqınıza möhkəm cansağlığı və firavanlıq arzularımı çatdırmaq mənə şərəf və zövq verir.
Ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluğun və əməkdaşlığın səviyyəsi məni çox sevindirir. Mən Sizinlə birlikdə bu münasibətləri möhkəmləndirmək və inkişaf etdirmək niyyətindəyəm.
Bayram münasibətilə Sizi bir daha ürəkdən təbrik edirəm. Ən səmimi dostluq və qardaşlıq salamlarımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
İsmail Ömər Qulleh
Cibuti Respublikasının Prezidenti
Azərbaycan.- 2017.-1 iyun.- S.5.