Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə və Sizin şəxsinizdə dost Azərbaycan xalqına Laos xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Əminəm ki, Laos Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası arasındakı əlaqələr xalqlarımızın maraqları, dünyada sülh və beynəlxalq əməkdaşlıq naminə daha da möhkəmlənəcək.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə müvəffəqiyyətlər, dost Azərbaycan xalqına sülh və tərəqqi arzulayıram.
Zati-aliləri, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Bounyanq Voraçit
Laos Xalq Demokratik
Respublikasının Prezidenti
Azərbaycan.-
2017.-1 iyun.- S.5.