Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə Serbiya Respublikasının Hökuməti adından və şəxsən öz adımdan ölkənizin hərtərəfli inkişafı naminə səmimi təbriklərimi və ən gözəl arzularımı çatdırmaqdan şərəf duyuram.
Arzu edirəm ki, Serbiya Respublikası və Azərbaycan Respublikası arasındakı əlaqələr daim inkişaf etsin və möhkəmlənsin. Böyük coğrafi məsafəyə baxmayaraq, dövlətlərimiz və xalqlarımız arasında ənənəvi dostluq münasibətləri hökm sürür və bu münasibətlərin gələcəkdə də inkişafı üçün böyük potensialımız var. Səmimi qəlbdən inanıram ki, ənənəvi dostluq münasibətləri əsasında ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın gələcək inkişafı naminə birgə səylərimizi əsirgəməyəcəyik.
Zati-aliləri, səmimi salamlarımla birgə Sizə bir daha yüksək ehtiramımı bildirmək istərdim.
Hörmətlə,
Aleksandr Vuçiç
Serbiya Respublikasının
Baş naziri
Azərbaycan.-
2017.-1 iyun.- S.5.