“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 2, maddə 70, ¹ 11, maddə 1046; 2009, ¹ 6, maddə 397, ¹ 12, maddələr 948, 949; 2010, ¹ 7, maddə 600; 2011, ¹ 4, maddə 259; 2013, ¹ 4, maddə 356; 2015, ¹ 2, maddə 84, ¹ 4, maddə 365; 2016, ¹ 11, maddə 1787; 2017, ¹ 1, maddə 10) 16-1.2.7-ci maddəsində “bioloji aktiv əlavə və qida əlavəsi” sözləri “bioloji fəallığa malik qida əlavəsi” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 may 2017-ci il

 

Azərbaycan.- 2017.- 2 iyun.- S.5.