Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Milli bayram - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Ölkəmizin 1918-ci il mayın 28-də müstəqilliyini elan etməsi ilə türk və İslam dünyasının ilk demokratik respublikasının qurulması Azərbaycan xalqının tarixində dönüş nöqtəsi olmaqla yanaşı, digər xalqlara da bir örnək olmuşdur.
O vaxt böyük cəsarət göstərilərək atılan addımlar bu gün Zati-aliniz tərəfindən ən yüksək səviyyədə davam etdirilməklə və liderliyinizlə Azərbaycan Respublikası hər ötən gün dünya arenasında yerini və nüfuzunu daha da möhkəmlətməkdədir.
Bizlər də tariximizdən, mədəniyyətimizdən və ən əsası Zati-alinizdən aldığımız güclə həm ölkəmiz üçün, həm də bütün türk dünyasında getdikcə əhəmiyyətini daha aydın şəkildə göstərən Türk Şurası üçün fəaliyyət göstərməkdə davam etməkdəyik.
Bu tarixi və uğurlu gün münasibətilə, hörmətli Prezidentim, Zati-alinizə ən xoş arzularımı çatdırır, bütün Azərbaycan xalqına rifah, firavanlıq və xoşbəxtlik diləyirəm.
Dərin hörmətlə,
Ramil Həsənov
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının baş katibi
Azərbaycan.-
2017.-1 iyun.- S.5.