Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Milli bayramınız – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Mayın 28-i Azərbaycan tarixinin ən əlamətdar günlərindən biridir. Həmin gün Azərbaycan dövlətçiliyinin əsası qoyulub, onun xalqının azad gələcəyi qabaqcadan müəyyən edilib.
Bu gün Azərbaycan inamla və dinamik şəkildə inkişaf edir, onun vətəndaşlarının rifahı yüksəlir. Sizin rəhbərliyinizlə Azərbaycan genişmiqyaslı iqtisadi və mədəni layihələri reallaşdırır, beynəlxalq arenada öz nüfuzunu möhkəmləndirir.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm.
Hörmətlə,
Alişer Usmanov
Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti
Azərbaycan.-
2017.-1 iyun.- S.5.