Ölkəmizdə
statistik xidmətin inkişafına böyük diqqət
yetirilir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev mayın 31-də Bakıda
keçirilən yüksək səviyyəli rəsmi
statistiklər üçün Dayanıqlı İnkişaf Məqsədləri
üzrə məlumat və statistikaya dair subregional seminarın
və Azərbaycanın sədrliyi ilə Müstəqil
Dövlətlər Birliyinin iştirakçısı olan
dövlətlərin Statistika Xidmətləri Rəhbərləri
Şurasının 57-ci iclasında iştirak edən yüksək
səviyyəli rəsmi qonaqları qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev həm Asiya-Sakit okean regionunu, həm də MDB məkanını əhatə edən bu cür böyük beynəlxalq tədbirin ölkəmizdə keçirilməsindən məmnunluğunu ifadə etdi. Statistika xidmətlərinin çox mühüm məsələlərlə məşğul olduğunu deyən dövlətimizin başçısı qeyd etdi ki, düzgün statistik məlumatlar, vəziyyətin dolğun analizi olmadan müxtəlif sahələrdə, o cümlədən sosial-iqtisadi, demoqrafik və istənilən digər sahədə inkişafın və perspektivlərin dəqiq planlaşdırılmasına nail olmaq mümkün deyil. Prezident İlham Əliyev vurğuladı ki, ölkəmizdə statistik xidmətin inkişafına və bu xidmətin dünyanın ən inkişaf etmiş ölkələrinin xidmətləri səviyyəsinə qaldırılmasına böyük diqqət yetirilir. Eyni zamanda, siyasi və sosial-iqtisadi keçid dövrünü yaşayan ölkələrin də təcrübəsi bizim üçün maraqlıdır. Tədbirin işinə uğurlar arzulayan dövlətimizin başçısı iclas zamanı aparılan müzakirələr və fikir mübadilələrinin səmərəli olacağına, əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.
BMT-nin Asiya
və Sakit okean
ölkələri üzrə Statistika İnstitutunun direktoru Aşiş Kumar iclasın
Bakıda yüksək səviyyədə təşkilinə,
həmçinin Azərbaycanda statistika
işinə verdiyi daimi
dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını
bildirdi. İclas
çərçivəsində ilkin olaraq Dayanıqlı İnkişaf
Məqsədləri və göstəricilərin
müzakirəyə çıxarıldığını
deyən Aşiş Kumar
ölkələrin əldə etdiyi uğurlar ətrafında da
fikir mübadiləsi
aparıldığını qeyd etdi. BMT-nin Asiya və Sakit
okean ölkələri üzrə Statistika İnstitutunun geniş məkanı əhatə etdiyini və buraya daxil olan ölkələrin
zəngin beynəlxalq təcrübəyə malik
olduğunu vurğulayan
Aşiş Kumar rəhbərlik
etdiyi təşkilatın ölkələrə
bu sahədə lazımi kömək
göstərməyə hər zaman
hazır olduğunu bildirdi.
Azərbaycan.-
2017.-1 iyun.- S.4.