Kolumbiya Prezidenti:
“Azərbaycan regionun ən güclü ölkəsidir”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
Kolumbiya Respublikasına
rəsmi səfəri
çərçivəsində bu ölkənin Prezidenti Xuan Manuel Santos Kalderon ilə görüşüb.
Xarici İşlər Nazirliyinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki,
nazir Elmar Məmmədyarov Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin salamlarını Kolumbiya Respublikasının Prezidenti
Xuan Manuel Santosa çatdırıb. Xuan Manuel Santos onun salamlarını
və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı
xahiş edib.
Kolumbiya Prezidenti Xuan Manuel Santos Azərbaycanın regionun ən güclü ölkəsi olduğunu qeyd edib və
ölkəmizdə son illərdə
əldə olunmuş
iqtisadi-siyasi nailiyyətlərə
sevindiyini bildirdi. Prezident ilk fürsətdə
məmnuniyyətlə Azərbaycana
səfər edəcəyini
qeyd edib.
Görüş əsnasında
Azərbaycan və Kolumbiya arasında mövcud yüksək səviyyəli dost əlaqələrinin
inkişafından məmnunluq
ifadə edilib və sözügedən əlaqələrin daha da inkişaf etdirilməsi üçün
böyük potensialın
olduğu vurğulanıb.
İki ölkə arasında siyasi, iqtisadi, kənd təsərrüfatı
və energetika sahələrində əməkdaşlıq
məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb və bu xüsusda ticarət əlaqələrinin
möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin həlli
üzrə danışıqlar
prosesi haqqında məlumat verib.
Görüşdə qarşılıqlı maraq
doğuran məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan.-
2017.-1 iyun.- S.8.