“Dövlət
büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda
çalışan işçilərin əməkhaqlarının
artırılması haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 1 mart tarixli 1838 nömrəli Sərəncamında
dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 mart tarixli 1838 nömrəli Sərəncamını “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
“Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 mart tarixli 1838 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 3, maddə 481) 1.14-cü bəndində “Dövlət Sosial Təminat Xidmətinin” sözləri “Dövlət Sosial Müdafiə Fondunun” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 25 may 2017-ci
il
Azərbaycan.- 2017.- 2 iyun.- S.3.