“Azərbaycan
Respublikasının Hökuməti ilə Venesuela Bolivar
Respublikasının Hökuməti arasında diplomatik, xidməti
və rəsmi pasportlara malik şəxslərin viza tələbindən
azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının Hökuməti ilə Venesuela Bolivar Respublikasının Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” 2016-cı il oktyabrın 22-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 7 aprel
2017-ci il
Azərbaycan.- 2017.- 2 iyun.- S.5.