“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci və 24-cü bəndlərini rəhbər tutaraq, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 360-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 8; 2001, ¹ 12, maddə 736; 2003, ¹ 1, maddə 7; 2004, ¹ 1, maddə 6; 2007, ¹ 6, maddə 560; 2009, ¹ 2, maddələr 49, 55; 2011, ¹ 4, maddə 257; 2013, ¹ 11, maddə 1290; 2014, ¹ 11, maddə 1365;  2015, ¹ 11, maddə 1252) 7-ci maddəsinin beşinci hissəsində “bioloji aktiv əlavələrin” sözləri “bioloji fəallığa malik qida əlavələrinin” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 may 2017-ci il

 

Azərbaycan.- 2017.- 2 iyun.- S.5.