Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər
edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci
bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4, II kitab, maddə
251, № 5, maddə 323, № 12, maddə 835; 2001, № 1, maddə 24, № 7,
maddə 455; 2002, № 1, maddə 9, № 5, maddələr 236, 248, 258,
№ 6, maddə 326, № 8, maddə 465; 2003, № 6, maddələr 276,
279, № 8, maddələr 424, 425, № 12, I kitab, maddə 676; 2004, №
1, maddə 10, № 4, maddə 200, № 5, maddə 321, № 8, maddə
598, № 10, maddə 762, № 11, maddə 900; 2005, № 1, maddə 3, № 6, maddə
462, № 7, maddə 575, № 10, maddə 904, № 11, maddə 994; 2006, №
2, maddələr 71, 72, 75, № 5, maddə 390, № 12, maddələr
1008, 1020, 1028; 2007, № 2, maddə 68, № 5, maddə 398, № 6, maddələr 560, 562, 579, № 8,
maddə 757, № 10, maddələr 937, 941, № 11, maddələr
1049, 1080, 1090, № 12, maddə 1221; 2008, № 6, maddələr 454,
461, № 7, maddə 602, № 10, maddə
884, № 12, maddələr 1047, 1049; 2009, № 5, maddə 315, № 7, maddə
517, № 12, maddə 953; 2010, № 2, maddə 70, № 3, maddələr
171, 178, № 4, maddələr 275, 276, № 7, maddə 591; 2011, № 4,
maddə 253, № 5, maddə 472, № 7, maddələr 587, 601, 621, №
11, maddə 980, № 12, maddə 1093; 2012, № 2, maddə 45, № 3, maddələr
193, 196, № 7, maddələr 666, 669, 673, № 11, maddə 1068, № 12,
maddə 1223; 2013, № 1, maddə 14, № 2, maddə 102, № 4, maddə
364, № 5, maddələr 459, 479, 481, № 6, maddələr 594, 600, №
11, maddələr 1264, 1286, 1312, № 12, maddə 1492; 2014, № 2, maddələr
89, 95, № 4, maddə 327, № 6, maddələr 618, 622; 2015, № 4, maddələr
339, 359, 368, № 5, maddələr 504, 508, 510, № 6, maddələr
678, 690, 692, № 11, maddələr 1253, 1268, 1289, 1298, № 12, maddələr
1437, 1445; 2016, № 4, maddələr 634, 636, 638, 653, № 5, maddə
845, № 6, maddələr 993, 1001, № 12, maddələr 1983, 1999,
2008, 2019, 2038, 2048; 2017, № 2, maddə 161; Azərbaycan
Respublikasının 2017-ci il 1 fevral tarixli 508-VQD nömrəli
Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.
314-1.1-ci maddənin sanksiyasında “iki” sözü
“üç” sözü ilə əvəz edilsin.
2.
314-2.1-ci maddə üzrə:
2.1.
dispozisiyada “vəzifəli şəxs tərəfindən”
sözlərindən sonra “torpaq sahələrini tikinti
üçün ayırma,” sözləri əlavə edilsin;
2.2. sanksiyada “bir” sözü “iki”
sözü ilə əvəz edilsin.
3.
314-2.2-ci maddənin sanksiyasında “iki ilədək müddətə
islah işləri və ya” sözləri
çıxarılsın və “iki ildən dörd” sözləri
“üç ildən beş” sözləri ilə əvəz
edilsin.
4.
314-2.3-cü maddənin sanksiyasında “dörd” sözü
“beş” sözü ilə əvəz edilsin.
5.
314-3.1-ci maddənin sanksiyasında “bir” sözü “iki”
sözü ilə əvəz edilsin.
6.
314-3.2-ci maddənin sanksiyasında “iki ildən dörd”
sözləri “üç ildən beş” sözləri ilə
əvəz edilsin.
7.
314-3.3-cü maddənin sanksiyasında “dörd ildən
altı” sözləri “beş ildən yeddi” sözləri ilə
əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 7 aprel
2017-ci il
Azərbaycan.-
2017.- 2 iyun.- S.4.